Страницы

18.11.2011

“Politexnio” hadisələrinin anım günü


15 noyabrdan başlayaraq, Yunanıstanda, Afina Politexnik İnstitutunda baş vermiş üsyanın 37 – ci ildönümünün xatirəsinə üç günlük tədbirlər keçirilmişdir ki, tədbirlər 17 noyabrda başa çatmışdır.
Bu arada, polis qüvvələri Afinada və Solonikdə öz mövqelərini, nümayişçilərlə toqquşma və küçə “döyüşləri” hallarının baş vermə ehtimallarına görə möhkəmlənirlər, hakimiyyət polis qüvvələrini nümayişçilər sütununun mühafizəsi zamanı təmkinli davranmağa çağırmışdır.
Yunanıstanda “Beynəlxalq tələbə gününü” xüsusilə qeyd edirlər. 17 noyabrda ölkədə Politexnio tələbə bayramı keçirilir, bu bayram 1973 – cü ildə hərbi xuntaya qarşı tələbə etirazlarının ildönümüdür.

Politexnio tarixi. Üsyan ondan başladı ki, tələbə şuraları hakimiyyətin universitet seçkilərinə müdaxilə planlarına qarşı etiraz etməyə başladılar. 14 noyabr 1973 – cü ilin axşamı tələbələr Afina Politexnik Universitetində (Politexnion) möhkəmləndilər və hakimiyyətlə mübarizə aparacaqlarını bəyan etdilər. Universitetdə tələbələrin düzəltdikləri radio fəaliyyətə başladı ki, bununla da sakinlərin diqqətini baş verənlərə cəlb etmək mümkün oldu.
15 və 16 oktyabrda universitet ətrafında bir neçə min insan, əsasən tələbə və şagirdlər toplandı. Tələbələrin koordinasiya komissiyası tələbələri “qələbəyə qədər mübarizə” aparmağa çağırdı.
Axşam nümayişçilərin polislərlə toqquşması başlandı ki, bu da tədricən şəhərin mərkəzini ağuşuna aldı. Axşam saat 9 radələrində mərkəzdə artıq barrikadalar qurulmuşdu, hardasa yanğınlar başlamışdı. Şəhərdə atışmalar qeydə alınırdı. Axşam 11 radələrində ordunun müdaxiləsi əmri verildi.
Gecəyarısı Qudi şəhərətrafı rayonundan zirehli maşınlar sütunu hərəkətə keçdi. Gecə 2.45 – də Politexnion radiostansiyası öz son müraciətini yayınladı.
Universitetin qarşısında tanklar düzüldü, onlardan biri universitetin qapılarını qırdı. Bu hadisələri qısa həmlə izlədi ki, nəticədə  24 nəfər öldürüldü, mindən çox insan yaralandı, halbuki rəsmi məlumatlara görə, ümumiyyətlə qurbanlar olmamışdı. Yüzlərlə tələbə həbs olundu.
Universitetə hücumdan sonra, hərbi rejimin silahla yatırdığı, hakimiyyətə qarşı nümayişlər baş verdi. Xunta başçısı Georgios Papadopulos istefaya göndərildi, onun yerinə hərbçilər Dimitrios İonnadisi irəli sürdülər. Bundan sonra xunta az müddət – bir ilə yaxın qala bildi.
Demokratik hakimiyyətin bərqərar olmasından sonra Politexnion qurbanları şəhid elan edildilər, onları dövlət səviyyəsində hörmətlə anırlar, onlara abidələr qoyulur. 1970 – ci illərdən 2002 – ci ilə qədər fəaliyyət göstərmiş “17 noyabr” partizan təşkilatı da bu hadisələrin adı ilə bağlıdır.
Yunan universitetləri demokratik hakimiyyətin bərqərar olunmasından sonra eksterritoriallıq hüququndan istifadə edirlər – polisin universitet ərazisinə daxil olması qadağandır.
Polisi universitet ərazisinə girməsinə icazə vermək üçün rektor şurasının yekdil qərarı zəruridir ki, bu şura müəllim və tələbələrdən ibarətdir.

Комментариев нет:

Отправить комментарий