Страницы

25.11.2011

QABAQCIL MƏKTƏBİN FƏRSİZ MÜƏLLİMİ

altDünən “Youtube” saytında dünyanın  bir nömrəli məşqçisi sayılan Joze Maurinyonun İtaliyanın "İnter"indən ayrıldığı günün  video görüntülərini bir daha izlədim. Həmin gecə ki, Marko Materadze küçədə durub səfərə gedən atasını yola salan  balaca uşaq kimi ağlayırdı. Həmin gecə ki,  Maurinyo aftomobilə mindikdən sonra bir qraqda durub ağlayan Materadzeni gördü,  maşını saxlatdırdı, ona yaxınlaşaraq bağrına basdı və onunla bir yerdə hönkür-hönkür ağladı. Bu səhnəni hər dəfə görəndə indiyə kimi dərs dediyim bütün müdavimlərim bir-bir gəlib gözümün qabağından keçir və  orta məktəbdə öz müəllimlərimin başına açdığım oyunlara görə xəcalət çəkirəm.

Düşünürəm onların nə   qədər böyük ürəkləri varmış ki, mənim gimi nadinc şagirdə səbrlə yanaşıb, dözüb, tərbiyələndirməyə çalışıblar.  Sən demə bu ürək məsələsi deyilmiş, bu sadəcə işə peşəkar yanaşma imiş. O peşəkar yanaşma ki, indi demək olar heç bir məktəbdə yoxdur.   İndi əziz oxucum, bəlkə də urəyində düşünürsən ki,  məktəbin futbola nə aidiyyatı var. Var əzizim, var! Futbol da bir məktəbdir. Onun direktoru varmı? Var! Sinifləri varmı? Var! Müəllimləri necə, varmı? Əlbəttə var. Bəs məktəbdə ən çətin sinif hansıdır, əziz oxucum? Qoy elə onun da cavabını özüm verim. Məktəbin ən çətin sinifi yuxarı siniflər olur və məhz buna görə də bu siniflərə ən təcrübəli müəllimlər sinif rəhbəri təyin olunur. Bu o demək deyil ki, ən təçrübəli müəllimin qolu digər müəllimlərdən daha qüvvətlidir.  Bu o demək deyil ki, təçrübəli müəllim özünü yaxşı aparmayan şagirdi heyva çubuğu ilə döyəcək və ya xırda bir səhfinə görə şagirdi darhal məktəbdən qovduracaq. Təcrübəli müəllim həmdə psixoloq olmalıdır ki, intizamsız şagirdin düşüncələrinə müdaxilə edib onu düz yola gətirməyi bacarsın. Necə ki, uzun illər öncə mənim müəllimlərim bunu bacarırdılar. Məktəb əlaçısı olmağıma baxmayaraq həddindən artıq intizamsız və davakar şagird idim. Amma əlaçı olduğuma görə bütün müəllimlərim intizamsızlığıma göz yumurdular.  

İndi gəlin  “Xəzər Lənkəran” futbol komandasının əsas heyyətini məktəbin yuxarı sinifi, baş məşqçi Mirça Redniki isə bu sinifin müəllimi qismində təsəvvür edək. Sizcə Rednik müəllim bu sinifin öhtəsindən gələ bilirmi? Məncə əsla gələ bilmir. Çünli nəticəsi göz qabağındadır. “Sinifin” ən yaxşı “şagirdlərinin” 60 faizi “məktəbdən” qovulub, 10 faizi isə “dərslərə” buraxılmır. Sizcə bu “müəllim” bu gedişlə ilin sonuna kimi tədris planını tam doldura biləcəkmi? Məncə doldura bilməyəcək. Əgər Mirça müəllim hər bir səhfə görə şagirdləri ilə dava edəcəksə, onları dərsdən və ya məktəbdən qovacaqsa, o zaman desənə  “Hababam sinifi sinifdə qaldı” ! Məgər Mirça müəllim mənim müəllimlərimin məni yola verdikləri kimi Kamran Ağayevi yola verə bilməzdi? Bilərdi, əgər həqiqi müəllim olardısa. Axı Kamran da əslində sinif əlaçısı sayılırdı. Yaxşı tutalım ki, Kamran ondan əvvəlki müəllimin sinifindən qalan şagird idi. Bəs  Uinston Parks, Julios Vobay, Elnur Abdullayev, Adrian Pit kimi şagirdlər məhz onun xahişindən sonra başqa “məktəblərdən” bizim “məktəbə” transfer edilmişdi. Bəs niyə Mirça müəllim onların ipini çilovlaya bilmədi. Bunun bircə cavabı var, əziz oxucum.  Bəlkə də Mirça Rednik yaxşı müəllim olaraq müəllimdir, amma əsla pisixoloq deyil. Çünki yaxşı məşqçı həmdə güclü  psixoloq olmalıdır.  Unutmayaq ki, adlarını sadaladığım “şagirdlər” gözlərini acıb top görüb, meydan görüb. Onlar mətbuata açıqlama verərkən və ya ünsiyyət zamanı da müxtəlif  səhvlərə yol verə bilərlər. Bu təbiidir. Onlar natiq deyillər axı,  futbolçudurlar. Onların səhflərini düzəltmək, onlara düzgün yol göstərmək isə baş məşqçinin işidir. Bunu bacarmayan baş məşqçi nəyə və kimə lazımdır?
alt“Baş məşqçi” sözünün mənası havadan düşməyib ki. “Baş məşqçi” yəni başı ilə ağlı ilə idarə edən məşqçi. Indi gəlin düşünək, Mirça Rednik başı ilə düşünürsə, niyə bu qədər səhvlərə yol verir. Başı ilə düşünə bilmirsə, o postu niyə tutub? Sauldan sual çıxacaq. Əsas odur ki.konkret cavabı da olsun. Konkret cavabdan ötrü isə... Bundan ötrü isə gərək ondan yuxarıda duranlar da müəllim və psixoloq olsun! Elədirmi? Elə deyilsə...

Elşən İmaməliyev

1 комментарий: