Страницы

01.11.2011

Qadın hikkəsi ön mövqeyə iddialı


Hafiz Mirzə

Qadın gözəllik, zəriflik, təmizlik,dəyanət və ləyaqət mücəssəməsidir!

İnsan hələ tam olmadıqca, onun həyatında və əməllərində natamamlıq özünü əks etdirəcək. Bu halda onun ümümbəşəri miqyasda tam mükəmməl ideya və əməl sahibi olacağına çox da bel bağlamayaq. Allah-təala Adəmi (ə) tək saxlamadı və bütün insanlığın gələcəyi naminə onun üçün Həvvanı yaratdı. 
Məhz onun üçün və məhz insanlığın xoşbəxt gələcəyi naminə Həvvanı yaratdı! 



Nə qədər ki, Həvva yox idi, Adəm üçün hətta Cənnət də darıxdırıcı görünürdü. Amma Həva yarandıqdan sonra məhz onun hikkəsi ilə Adəm qadağan olunmuş meyvəni dərdi və bununla da Cənnətdən qovuldu. Sonra da Qiyamətə qədər Cənnət üçün darıxmağa məhkum edildi. Adəm qadın hikkəsinin ilk qurbanı sayılır.
Bəri başdan onu qeyd edim ki, kişi hikkəsi olmur, kişilər öz qətiyyəti, prinsipiallığı və əməlçiliyi ilə sevilir. Yaxşı qadın isə yaxşı xanım olaraq dəyərləndirilir. Bəzi qadınlarda doğumdan və ya tərbiyədən asılı olaraq kişilik hormonları bir qədər artıq olur ki, bu da onların xarakterinə öz təsirini göstərir. Elə qadınlarda sərəncam, göstəriş vermək, iradə göstərmək keyfiyyətləri olursa da, çox hallarda fiziki olaraq qadınlıq və milli-mənəvi dəyərlərdən doğan nəsnələr ona eyni qədər əməlçi olmağa maneçilik yaradır. Bu maneçiliklər olmadıqda onlar kişilərlə bərabər vəzifələrdə çalışır, onlar kimi hər cür çətinliklərə qatlaşmağa cəht göstərirlər. Eləsinə əksər hallarda “Erkək Tükəzban” ayaması qoşulur. Əməlçi ola bilməyən, amma kişi hormonlarını təsiri altında formalaşan qadınlar tərs, iddialı, hikkəli, çoxdanışan, ən yaxşı halda isə deyingən olurlar. Hərçənd ki, qadının deyingən olmasının digər sirli məqamları da var. Həm qadının, həm də onun həyat yoldaşının birinci düşməni onun hikkəsidir. Qadın hələ uşaq və qız yaşlarında olarkən hikkəli olması valideynlərinin diqqətini cəlb etməli və onun bir qız uşağı olaraq tərbiyyələnməsi qayğısına daha çox diqqət göstərilməlidir. Təəssüf ki, bir çox hallarda bu xüsusiyyət valideynləri əyləndirir, onu daha artığına təşfiq edir, yeniyetmə yaşına çatdıqda isə daha onunla heç cür bacarmırlar. Bəzi nənələr isə guya ki, böyük müdriklik nümunəsi göstərərək, əslində isə öz qaynanasından qalma acığı çıxmaq yanğısı ilə “Eybi yox, qoy gələcəkdə ərinin, qaynanasının başında turp əksin!” deyə onun bu cür tərbiyələnməsində maraqlı olurlar. Qız isə gələcək ailəsində xoşbəxt olması üçün zərif, mədəni, təmkinli, səmimi, mehriban, ədəbli, namuslu və əxlaqlı böyüdülməlidir. Əks tərzdə və həm də qəsdən oğlan kimi tərbiyyələndirilən qız böyüdüb içində bir oğlan xarakteri daşıyır. Bu zaman onun eşqə və sevgi macəralarına meyillənməsi və nəticədə bir namuslu azərbaycanlı qızı olaraq çox şeyini uduzması təbii aqibət olur. Xarakter olaraq kişilik iddiası ilə yaşayan, təkəbbürlü, hikkəli bir qadınla ailə həyatı qurmuş kişi əslində bir erkəklə evlənən homoseksualın durumundadır. İnsanlar təkcə fiziki cəhətdən deyil, həm də xarakter baxımından kişiyə və qadına bölünürlər. Xarakteri, jestləri, mimikaları ilə qadına oxşayan erkəyə el arasında “Əlbacı”, “Jennər” ayamaları qoyulduğu və eləsini əks cinsin nümayəndələri sevmədikləri kimi, erkək xarakteri daşıyan qadınları da əsil kişilər sevmirlər. Çünki kişi qarşısındakı əks cinsi bir xanım, zərif və gözəl varlıq olaraq görmək, onu sevmək və ona fiziki-mənəvi xidmət etmək istəyir. Qarşısında qadın cildinə bürünmüş erkək gördükdə ona qarşı rəğbət hiss etməməsi, hətta bir çox məqamlarda ona əl qaldırması tam təbiidir. Hər bir kişi ona mənəvi-fiziki tellərlə bağlanan, ram olan qadının nəvazişlə buyurduğu ən çətin arzunu da həyata keçirtməyə çalışacaq. Amma qadın bunu hikkə ilə bildirdikdə, erkəyləşir və bu halda kişidə əks qıcıq yaradır. Adəm peyğəmbəri ittiham etməyə kimsənin haqqı çatmaz. Amma fakt faktlığında qalır. Qadağan olunmuş meyvə elə günah hesab olunan əməllərdir. Və bu əməllərə qadın (Həvva) təhriki, hikkəsi ilə sövq olunmaq isə daha betər günahdır. Yəni bu dünyada kişi öz içindəki hərislik və nəfsinə görə onsuz da günah etməyə qadirdir və belə günahların cəzası onu tərbiyyələndirə, tövbə etdirə bilir. Amma qadın təhriki ilə olan günahları kimsə özünə bağışlamır. O qədər kişilər var ki, indinin özündə də məhz arvadının rifahı, istəklərinin icra olunması təsiri altında törətdiyi əməllərə görə həbsxanalarda yatır, həyatını itirmişdir və ya bütün əzizlərindən üz döndərmişdir, ayrı və yad kimi yaşayır. Qadın tövsiyyəsi ilə addım atan kişilər çox az hallarda yanır, uduzur, səhv edir. Məsləhətli don gen olur – misallı! Amma hikkə ilə təhrik və məcburiyyət yaxşı heç nəyə aparıb çıxartmaz. Ən əsası isə qadın hikkəsi çox hallarda o qadının elə öz başında çatlayır. Allah-təala qadını kişi üçün həyat yoldaşı olaraq yaratdı, onu kişiyə məsləhətverən olaraq yaratmadı. Hər hansı bir işi görərkən düşünmək və doğru qərar çıxartmaqdan ötrü şüur və ağıl verilmişdir ki, hər bir kişi bundan düzgün istifadə etməyə borcludur. Elə öz xanımı ilə düzgün məsləhətləşmənin özü də ağıl göstəricisidir. Lakin tamamilə öz arvadının sözü ilə oturub –duran, yalnız onun fikri ilə hərəkət edən kişini heç öz qadını da çox sevmir. Qadınlar bütün mənalarda yalnız güclü- ağıllı, tədbirli, qüdrətli, qətiyyətli və onlara əsil kişi kimi xidmət göstərən, sürprizlər edən, çətinliklərə tablaşan kişiləri sevir, sirli kişilərə maraq göstərirlər. Mənəvi cəhətdən erkəyləşmiş qadınlar özü-özlüyündə anormal bir görüntüdür. Bəzi üzdəniraq erkəylərin geylik (“mavilik”) etməsi nə qədər iyrənc bir haldırsa, qadınların kişillik iddiaları da eyni qədər gülünc və əndrəbadidir. Bu cür dəyərləndirmə heç də kişilərin eqoizmindən irəli gəlmir. Allah kişini kişi, qadını isə qadın olaraq yaratdı. Qadınla kişinin bərabər olduğunu iddia edən boşboğazlara gülmək lazımdır. Bu əvvəllər kommunistlərin (bolşeviklərin) şüarı idi və qadınları evdə hegemon etməklə lırt bir kişi zümrəsi yetişdirmək marağında idilər. Sakit, əfəl, gözüqıpıq, qorxaq kişilər heç bir dövlətə təhlükə yaratmaz. Hətta rüşvətə də özü yol açılırdı ki, rüşvət, korupsiya çox asanlıqla erkəyi də diliqısa, hürkək və zəif etsin deyə. İndi bütünlüklə dünyanı idarə etmək iddiasında olan qaranlıq qüvvələr vaxtı ilə kommunizm xülyası ilə dünyanın yarısını sosializm düşərgəsində birləşdirmişdilər. Bu xüsusda indi kapitalizmdə də qadın hüquqlarının bərabərliyi ideyalarını gender bərabərliyi adı altında dövriyyəyə buraxanlar elə onlardır. Qadınla kişi bərabər olardısa, onları Allah eyni cür və deməli, bərabər yaradardı. Sivil cəmiyyətdə qadınla kişinin yalnız hüququ eyni – bərabər ola bilər. Amma nəinki ailədə, heç cəmiyyətdə onların funksiyaları eyni deyil. Eyni olardısa, qadınlar da ailənin əsas maddı təminatına eyni qədər məsuliyyət daşıyar, yalnız fiziki cəhətdən yüngül sayılan baxça mürəbbisi, kitabxanaçı, uşaq həkimi və orta məktəb müəllimi olmaqlığa daha böyük üstünlük verməzdilər. Kimsə qadınların hakim olduğu dünyada, yəni matriarxalizm şəraitində müharibələrin olmayacağını iddia edirsə, yəqin ki, insanların hələ erkən qəbilə quruluşu- matriarxalizm dövründən etibarən ilk müharibələrə - qəbilələrarası döyüşlərə başladığından xəbərsizdir. Yəqin ki, bu hal davam edərdisə, indi daha betəri ola bilər, ya da indi cəmiyyətdə geylərin hakim olmasının doğura biləcəyi anomal təzahürləri yaşamış olardıq. Bu kiməsə lazımdırmı? Zatən Cənab Allahın iradəsinin təzahürü olaraq insan cəmiyyəti yaranışından məhz kişilər öndə getmiş, bütün məsuliyyəti öz çiyinlərinə almışlar. Bunun özü də qadınlıq qarşısında ehtiramın nümunəsi deyilmi? Təəssüflər olsun ki, indi cəmiyyətimizdə gender bərabərliyi adı altında qadın hüquqlarının həddən artıq qabardılması, onların iddialarının şişirdilməsi, guya ki, gender bərabərliyinin pozulması və sair şüarlar səsləndirilməkdədir. Bu azmış kimi, bunu həyata keçirtmək iddiasında olan hikkəli qadınlar dəstəsləri də yaranmışdır. Müxtəlif adlarda fəaliyyət göstərən bu kimi QHT-lərin rəhbərlərinin də əksəriyyəti kobudlaşmış, ərə getməmiş, ərsiz və ya kişilərə qarşı aqresiv münasibətdə olan qadınlardır. Onların hikkəsi qarşısında sakit durmaq və iddialarına əhəmiyyət verməmək cəmiyyətimizin və millətimizin gələcəyi adına qəbahət olardı. Son dövrlər erkən nigah və ailə zorakılığı anlayışları nədənsə bir sıra tele-kanalların da əsas mövzusuna çevrildiyi üçün elələri ilə hətta efirdə, kamera qarşısında da rast gəlirsən. Sanki Azərbaycanda qadın zorakılığı və erkən nigah halları tüğyan edir. Bəs nədən bu hal sovetlər birliyində belə deyildi? Çünki şişirdilmiş yanaşmadır. Hikkəli qadlnlardan birisi ilə ötən ay “Xəzər” TV-nin “Həyata baxış” verlişində qarşılaşdım. Deyilənə görə ABŞ-da təhsil almış bu hüquqşünas qadın, öz iddiaları ilə çox irəli gedib çox ilginc fikirlər izhar etdi. Guya ki, Azərbaycanda ailə-qadın zorakılığını aradan qaldırmağın yalnız bir yolu varmış: qadınların da kişilər kimi öz cinsi tələbatlarını azad həyata keçirtməsinə cəmiyyətin loyal münasibət bəsləməsi! Yəni kişilərin müxtəlif qadınlarla “gəzib-dolaşması” cəmiyyət tərəfindən normal qarşılandığı kimi, Azərbaycan cəmiyyətində qadınlar da istənilən kişi ilə gəzib-dolaşmalı və cəmiyyət buna loyal yanaşmalıdır. Cəmiyyət qadın əxlaqsızlığına etinasız qalarsa, daha ailədə heç bir problem və zorakılıq olmayacaq. Paylaşdığın bir studiyada bir qadın əxlaqsızlığa çağırış edir və sən bu çağırışa demokratiya naminə dözməli və səbr, dözüm göstərməlisən. Yaşı otuzu yenicə keçmiş bir hüquqşünas qadının Azərbaycan qadınlarını əxlaqsız, zinakar kişilərə qarşı qoyması və onlar ilə bərabər hüquq tələb etməsi ən böyük əxlaqsızlıq idi. Yaxşı ki, aparıcı Ramal Hüseynov bunu çox tez anladı və onun elə demək istəmədiyini, fikrini düzgün izah edə bilməməsi ilə əlaqələndirdi. Amma adını belə çəkmək istəmədiyim o “hüquqşünas” gənc qadın bunu verlişdən sonra da eyni hikkə ilə bir də səsləndirdi. Verlişdə iştirak edən din xadimi Elşad Mahmudov peyğəmbərdən Qurani-kərimdən iqtibas gətirərək, kişilərin qadınları qorumalı və qadınların Allah-təala tərəfindən göndərilmiş əmanət olduğunu bildirdikdə bir başqa gender problemləri ilə “məşğul” olan QHT rəhbəri qadın bunun kəskin şəkildə əleyhinə çıxdı və qadının əmanət hesab edilməsini həqarət kimi dəyərləndirdi. Üstəlik o Azərbaycanın islam ölkəsi olmadığını bildirməklə də dəyərlərimizdən uzaq düşdüyünü sübuta yetirdi. Onun üçün milli-mənəvi dəyərlər və mentalitet anlayışları da boş fiksiya idi. Təbii ki, özünün qadınlıq lətafətini itirmiş belələrinə Azərbaycanın bayrağında da yaşıl rəngin təsbit olunduğunu xatırlatmağın, islam deyil, bəs hansı dinə mənsubluğunu soruşmağın heç bir təsiri olmayacaqdı və olmadı da. Cəmiyyətdə və ailədə kişinin liderliyinə kəskin etiraz edən belə qərbyönümlü, Avropaya inteqrasiya olunmuş, feminist düşüncəli, hikkəli müasir qadınlar ailədə tənbehə, bu kar etmədikdə isə zorakılığa məruz qalacaqlar. “Mənim “Yaxşı at özünə qamçı vurdurmaz!” misalı nə qədər kobud səslənsə də və əsil Azərbaycan qadını üçün həqarət sayılarsa da ailədə kişiyə qarşı liderlik iddiasında olan bu cür qadınlara tam layiq idi. Verlişə onların gətirdiyi və guya ki zorakılığa məruz qalmış bir gənc qadının tatuyaj qaşları və hikkəli danışıq tərzi də onun heç nahaq yerə zorakılığa məruz qalmadığını hiss etdirirdi. Ümumiyyətlə, həyatımızın müxtəlif sahələrində, xüsusən də qohum-əqraba, qonum-qonşu arasında hikkəli qadınlara tez-tez rast gəlirik. Kişilik dəyanəti olan erkəklərin bu halda etinasız qalması mümkün olmur. Həyasızı, hikkəlini, öz yerini bilməyəni gərək ram edəsən. "Sözlə ram olmayan közlə ram olar" məsəli var. Milli-mənəvi dəyərlər qadının qadın, kişinin kişi yerini çoxdan təsbit edib. Ailələrdə çox vaxt məhz buna tam əməl etməyən qadınların hikkəsi ucbatından qovğa və zorakılıq halları yaranır. Yalnız Azərbaycanda kişilər öz xanımlarına “həyat yoldaşı” deyirlər. Bu, qadına verilən ən yüksək dəyərlərdən biridir. Bütün təbii əsaslara müvafiq olaraq, seçkisiz İlahi iradə ilə ailə başçısı təyin olunan kişiyə qahmar çıxan, təsəlli olan, ona qarşı liderlik iddiasında bulunmayan daim əks fikir, hikkə bildirməyən, ona kömək, arxa olan qadın həqiqətən də həyat yoldaşıdır. Kişinin uca tutulduğu ailədə qadın ondan da uca tutulacaq, o ailədə sülh, əmin-amanlıq və ruzi-bərəkət hökm sürəcək. Hikkəsindən az qala ağzından alov püskürən və özünü guya ki, müasir hesab edən, bəzi savadlı və qərb düşüncə tərzini Şərqə yapmaq iddiasında olan qadınlar bəs öz ərləri üçün kimdir? Hər halda əsil həyat yoldaşı deyil! 

Комментариев нет:

Отправить комментарий