Страницы

04.12.2011

Anarın Hüseyn Cavidin oğlu haqqında məqaləsi


Ərtoğrul Cavid kim olub?

Bu dünyada xoşbəxtliyə hələ konkret tərif verən olmayıb. Filosoflardan biri deyib ki, əslində həyatda xoşbəxtlik deyilən nəsə mövcud deyil, xoşbəxt anlar mövcuddur. Lev Tolstoyun isə məşhur kəlamı belədir ki, “bütün xoşbəxt ailələr bir-birinə oxşayır, bədbəxtlər hərəsi bir cür bədbəxtdir”.

Stalin repressiyaları Azərbaycanda bir-birinə oxşayan bədbəxt ailələrin sayını kifayət qədər artırmışdı. Repressiyaların ardınca gələn İkinci Dünya müharibəsi isə bu göstəricini fantastik həddə çatdırmışdı. Bununla belə, Hüseyn Cavid ailəsini mübaliğəsiz-filansız repressiyaların bədbəxt etdiyi Azərbaycan ailələrinin simvolu saymaq olar. Məhz repressiyalar gələcəyə dair nikbin planlar quran Cavidlər ailəsini həm başçısından, həm də varisindən məhrum etmişdi.

Hüseyn Cavid xalq düşməni kimi həbs olunaraq Sibirə sürgün edilmiş və orada vəfat etmiş, oğlu Ərtoğrul isə istedadının çağlayan bir vaxtında - 24 yaşında atasının ölümündən xəbərsiz şəkildə vərəmdən dünyasını dəyişmişdi. Əslindəsə repressiya olunan, şərlənən, sürgün edilən, vərəmlə çərlədilən təkcə bu ata-oğul deyil, həm də Cavid ailəsinin xoşbəxtliyi olmuşdu.

Cəmi 24 il ömür sürən Ərtoğrul bu ömrə ədəbiyyatşünas, bəstəkar, musiqişünas və rəssamlıq fəaliyyətini sığdıra bilib. Təəssüf ki, onun irsi tam və layiqincə araşdırılmayıb. Lakin istisnalar da var. Bu günlərdə xalq yazıçısı Anarın valideynləri Rəsul Rza və Nigar Rəfibəylinin xatirəsinə həsr etdiyi “Sizsiz” kitabını oxuyarkən, orada Ərtoğrul Cavid haqqında məqaləyə rast gəldik. Kitabın 295-302-ci səhifələrində yer alan məqalə “Böyük sənətkarın sənətkar oğlu” adlanır və maraqlı faktlarla zəngindir.

Oğlum Ərtoğrulun 1 yaşı tamam olarkən Allaha onunla bağlı belə bir dua etmişdim: “Bu ölkədə daha heç bir Ərtoğrulu atasına həsrət qoyma!” Elə bu arzuyla da Anarın Ərtoğrul Cavid haqqında məqaləsini Kulis-in oxucuları ilə bölüşürəm.

Cavid Cabbaroğlu            kulis.az

Комментариев нет:

Отправить комментарий