Страницы

29.12.2011

Badamdarda gənc yazarlarla görüş keçirilib


Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Badamdar Mədəniyyət evində gənc yazarlarla görüş keçirilib.
Qəsəbə ictimaiyyətinin, məktəblilərin, ayrı-ayrı mədəniyyət işçilərinin qatıldığı tədbiri Badamdar Mədəniyyət Evinin müdiri Fəridə İbrahimova aparırdı. F.İbrahimova əvvəlcə rayon ictimaiyyəti ilə görüşə gəlmiş gənc yazarları tədbir iştirakçılarına təqdim edib. Onların müasir dünya ədəbiyyatına ilgili modern üslublu yaradıcılıqla məşğul olduğunu bildirib.
Görüşdə gənc yazarlar Zaur Qəriboğlu, Oktay Hacımusalı, Könül Səid, Günel Şamilqızı və Yusif Nazim iştirak edib. Gənc yazarlar tədbirin təşkilatçılığına, özəlliklə onlara ictimaiyyət fəalları ilə görüş təşkil edildiyinə görə öz minnətdarlıqlarını bildiriblər.
Sonra söz poeziyaya və musiqiyə verilib.

Gənc yazarların ürəkləri fəth eləyən şeir nümunələri zalda əyləşənlərin alqışları ilə müşayiət olunub. Qonaqlar adından ilk söz alan Zaur Qəriboğlu təşkilatçılara təşəkkür edərək, öz yaradıcılığından nümunələr səsləndirib. Sonra Oktay Hacımusalı, Könül Səid, Yusif Nazim, Günel Şamilqızı da öz şeirlərini təqdim ediblər. Mədəniyyət evinin gənc işçiləri, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də həvəslə tədbirə dəvət olunan yazarların ictimai ruhlu şeirlərindən parçalar söyləyiblər.
Görüşə dəvət olunan Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təmsilçisi, jurnalist Nəzirməmməd Quliyev Azərbaycan ədəbiyyatının hələ orta əsrlərdən başlayaraq dünya ədəbiyyatına böyük sənətkarlar bəxş etdiyini, sonradan həmin şair və yazıçıların sırasının daim artdığını, bu gün də estafetin bu gənclərin timsalında etibarlı əllərdə olduğunu deyib.
Tədbirin sonunda yazarlar tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Комментариев нет:

Отправить комментарий