Страницы

29.12.2011

Çe Qevaranın son sirri - TƏQDİMAT

Bakı Jurnalistika məktəbində Azərbaycanın marksist yazar Məmməd Süleymanovun “Çe Gevaranın son sirri” adlı kitabının təqdimatı keçirildi.

SOLFRONT-un təqdim etdiyi kitab Məmməd Süleymanovun ayrı-ayrı vaxtlarda yazılmış seçmə məqalələrindən ibarətdir. Bu məqalələr müxtəlif vaxtlarda yazılmasına baxmayaraq, yazılar kitabda təsadüfi formada deyil, müəyyən ardıcıllıqla yığılıb. Məqalələrin bir-birinə uyğunluğu gözlənilib və kitab tam bir ideyanı ifadə etməyə istiqamətlənib.

Kitab 6 fəsildən ibarətdir: Hasta la viktoria siempre(Son qələbəyə qədər)!; Dövrlə vidalaşma; Revol; Kitab inqilabı; Antikap(Antikapitalizm); Cinema. Kitabın birinci fəsli Çe Gevaradan bəhs edir.

Tədbirdə çıxış edən Məmməd Süleymanov kitabın sol ideya tərəfdarlarına yönəlmiş bir kitab olduğunu bildirdi. Sol qüvvələrin heç zaman qalib gəlmədiyi bir cəmiyyətdə bu cür kitab yazmağın bir növ uğur oduğunu qeyd etdi.

SOLFRONT Jan-Pol Sartrın “Ürəkbulanma” əsərini də nəşr edib. Jan-Pol Sartrın “Ürəkbulanma” əsəri SOLFRONT-un bundan öncəki nəşridir. 

Комментариев нет:

Отправить комментарий