Страницы

02.12.2011

Gəl sevgilim dəyişək

Jala Sadixova
Jalə Sadıxova

Gəl sevgilim dəyişək, ürəyini-ürəyimə!

Bilirəm ki bu sevdamız əbəsdir,
Təsəllimiz bircə şeydir,gəl yaxın...
Gəl al məni gözlərivin qarasına
Gəl sevgilim dəyişək,ürəyini-ürəyimə!

Sənsiz keçən ömür hədərdir,
Elə təkcə adın böyük dərddir,
Çıxarıb sinəmdəkin könüllü verrəm,
Gəl sevgilim dəyişək,ürəyini-ürəyimə!

Elə sanma,getdim səni unudaram,
Ürəyinə bağlanası,de nə varsa edərəm
Saxla məni o yolda kı,sənsizliyə gedəcək
Gəl sevgilim dəyişək,ürəyini-ürəyimə!

Arzum qaldı ürəyimdə,eybi yox...
Yaşa ki birlikdə,çox yaşayaq,çox...
Çıxdı fal yumurta tək,həyatımız lox
Gəl sevgilim dəyişək,ürəyini-ürəyimə!

Bizim bala məhəbbət arxamızca sürünəcək,
Gör dil açanda nələr,nələr söyləməyəcək!
Səni deyə bilmərəm,məni bağışlayacaq
Razısansa dəyişək ürəyini-ürəyimə

Ver o döyünən ürəyin,birazca mənim olsun
Qıyma ehtiyaclarım,saralıb solsun
Zəli tək imkan yarat,doyanda qopsun
Rəhmin gəlsin dəyişək,ürəyini-ürəyimə!

Hara gedirəm getsəm,sənin əksin aranır
İnan ki məndə hərdəm,sənin özün yaranır
Axı mənim balamsan,ay məndən yaranan!
Nə fərqi var,dəyişək,ürəyini-ürəyimə!

Bir gülüşün nədir ki,ona həsrətəm...
Bir öpüşün nədir ki,ona satılam!
Bir ömrün nədir ki ona da qulam
Gəl sevgilim dəyişək,ürəyini-ürəyimə!

Gecə sübhə açılır,hələ də yatmayıram
Fikrimdə aləmimdə sənə şer yaradıram.
Mışıl-mışıl yatırsan,nə xəbərin var ki,
Gəlib indi dəyişəcəm,ürəyini-ürəyimə.

Sənsizlik...!


Yaza bilmirəm daha....
Qələmlərdə pərişan halda
tökülüb masamın üzərinə,
elə bil onlarında gözləri
yol çəkir....
Sənə olan sonsuz sevgimi
izah edə bilmirəm artıq...
Sevgim,həsrətim
nə qələmə sığır,
nə ürəyə....
Bu boyda sonsuz sevgimdən,
bir misrasını ağ kağız üzərində
ciza bilmir qələmim....
Dodaq alti,mızıldanıram hərdəm...
gah qələmi qınayıram,gah özümü...
Neyləyim taleyə gücüm çatmır!
Masamın üzərindəki pozan
çox şeyi pozsada...
onunda taleyə gücü çatmir
eynən mənimki kimi...
Fikirlərim qocalıb...
Ama sevmək üçün
sanki indi doğulmuşam!
Mən arzularımı

gecə-gündüz şe'rə yozurdum.
Ele bilirdim ş'erlər gerçək olur...
O qədər gözlədim ki
bu gerçəkləri...
Sonda...anladım ki,
Şe'rlər də nağıllar kimidir...
İndi isə...sənin yoxluğunu
Rəssam kimi çəkməyə başlamışam...
Gözəl bir tablo alınacaq,
Evimin ən hündür yerindən asılacaq.
Çoxları bu rəsmi anlamayacaq...
Ama orada,bir sənsizlik
Məsum-məsum
boylanacaq her zaman,
mənə tərəf əzizim....! 


Комментариев нет:

Отправить комментарий