Страницы

28.12.2011

“HÖRMÜZ BOĞAZINI BAĞLAMAQ BİZİM ÜÇÜN SU İÇİMİ KİMİDİR”


İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Həbibulla Səyyari İranın ingilis dilində verilişlər yayan “Press TV” kanalına açıqlamasında xarici təhdid olarsa, Hörmüz boğazını bağlayacaqlarını bəyan edib.
Həbibulla Səyyarinin İranın Hörmüz boğazını bağlaya biləcəyi haqda açıqlaması ölkənin birinci vitse-prezidenti Məhəmmədrza Rəhiminin Qərbə qarşı eyni xəbərdarlığından bir gün sonraya təsadüf edib. Dekabrın 27-də Məhəmmədrza Rəhimi deyib ki, İran neftinin satışına sanksiya qoyulacağı təqdirdə onlar Hörmüz boğazını bağlayacaq, hər hansı gəminin buradan keçməsinin qarşısını alacaqlar: “İran neftinə sanksiya qoysalar, Hörmüz boğazından bir damla neft də keçməyəcək”.
“Media forum” saytının məlumatına görə, Həbibulla Səyyari deyib ki, İran lazım bildiyi vaxtda Hörmüz boğazını bağlamaqda tərəddüd etməyəcək: “Hörmüz boğazını bağlamaq bizim üçün su içimi kimi bir şeydir. Lakin biz bu gün bu boğazı bağlamağa ehtiyac duymuruq. Çünki Oman dənizi bizim nəzarətimizdədir və biz bu dənizdə gəlib-gedən gəmilərə nəzarət edə bilirik”.

Комментариев нет:

Отправить комментарий