Страницы

27.12.2011

MƏNİM İKİNCİ HƏYATIM

Фильмы - Фильмы на B - Инопланетное вторжение: Битва за Лос-Анджелес, фильм 2011

Bəxtiyar Hidayət

Ehh, hanı o günlər, əzizim, hanı o günlər ki qəbristanlıqda rahatca dincəlirdim. Yoxsa bu ikinci həyat deyilən nəymiş, özü də bu cəhənnəmdə? Görəsən hansı günahın sahibiydim ki sorğusuz- sualsız düşdüm bu cəhənnəmə? Görüm məni o gözəl maşın qəbristanlığından dartıb bu cəhənnəmə gətirənin bütün sülaləsi cəhənnəmə varid olsun.
Əzizim, bax budur sənə deyirəm, çalış birincisi maşın qəbristanlığına düşmə, özünü saz saxla. Nə bilirsən, bəlkə səni də mənim kimi datıb gətirəcəklər Odlar Ölkəsi deyilən bu cəhənnəmə.


Gör ondan sonra cəhənnəmi dörd gözlə görürsən ya yox. Gör ondan sonra cəhənnəm haqda deyilən dəhşətlər başına gəlir ya yox. Cəhənnəmdə belədir ki bir günahkar ölməklə də canını qurtara bilmir. Onu dirildib yenidən əzab verillər. Hansı ki bu dəhşətləri mən neçə dəfə ölüb- dirilərək yaşamışam. Bu xarabada o qədər maşın ustası var ki qoymullar rahatca ölüb canını qurtarasan. Yenidən təmir edib qır qazanına salırlarmışlar kimi salırlar qırlı yolların canına. Di gəl şütü ki, şütü.
  Gəl sənə bu dəhşətlərdən bəhs edim bir az. Əvvələn başını meyxana deyilən bir zad xarab edəcək. Və yaxud da ki hamısı bir-birinə bənzəyən düşük mahnılar. Əzizim, inqibator cücəsi inqibator cücəsidir ki yumurtadan çıxanda fərqli-fərqli olurlar. Biri qara olanda beşi də ağ olur. Bir-ikisi papişlı olur, bir xeylisi də boğazıaşıq. Hələ kəkillisi-filanı da olur. Amma bu düşük mahnılar bir-birinə o qədər bənzəyir ki gərək elm aləmini inkar edəsən. Hanı, elm aləmi iddia edir ki dünyada bir-birinin eyni olan hətta iki yarpaq belə yoxdur? Hələ bu harasıdır?
Gəl indi sənə danışım sərnişinlərdən. Doğrudur bəzən onlara yazığım da gəlir. Çünki 15 adamlıq yerə bəzən 30 adamı presləyirlər. Di gəl ah-uflara bax, dava dalaşlara bax. Bir də gördün ki bir belə adamla şütüyün yerdə qəflətən sürücü basdı əyləci. Kimi kiminin qucağına düşür, kimi kiminin sifətinə kəllə vurur, kimi də kimi də lap Şvartsenegger kimi pəncərəni qırıb düşür o biri tərəfə. Nədi nədi hansısa bir itöləndən bir sərnişin fit çalmış.
Обои с приколом - Джокер фотоHələ bu harasıdı ey, hələ bu harasıdı. Inan, əziz canın üçün bu cəhənnəmdə elə usta avtoşlar var ki, məni onlara etibar eləsələr lap iki təkərin üstündə qıl körpüdən də rahatca  cənnətə siqnal verə-verə keçərəm. Amma ki təmirinə milyonlarla pul ayrılmış eni az qala 20 metr olan bu cəhənnəm qırı ilə asfaltlanmış yolları keçmək mənə çox çətindi. Bir də baxırsan ki hər gün rahatca şütüdüyün yol bağlıdı. Demək təmir gedir və sən də sevinirsən ki “bir az da döz”, hər şey yaxşı olacaq. Doğrudur yol açılır və bir az sevinirsən. Həm də mütləq prezident bu açılışda iştirak edir.  O gün bir sərnişin dodaqaltı mızıldayanda nə eşitsəm yaxşıdır-alə. Brejnev əgər hər belə şeyin açılışında iştirak etsəydi gərək heç kabinetində oturmayaydı. It qovmuş dərviş kimi ordan bura qaçaydı, burdan da ora. Yoxsa bu nədir- elə bil Kosmodrom zad tikiblər, ya da BAM zad salıblar.
Doğrusu mən də o adamın dediklərinə şərikəm.
Hələ dalısına qulaq as-sənin sevincin cəmi bir-iki gün çəkəcək. Onda gördün yol yenə təmirə dayandı. Dünən çəkilən asfalt bu gün sökülür. Di gəl bu çala-çuxurlarda şütü. Lap için-içalatın töküləcək, ikinci həyatına nifrət edəcəksən. Sonra da marşrutu dəyişəcəksən. Az qala labirintdən çıxırmış kimi əlli yolu bir-birinə qatacaqsan. Bəzən elə olur ki yüz dəfə getdiyin yeri tanımırsan. Çünki baxırsan ki alə, burda bir hündürmərtəbəli bina vardı axı, bu necə oldu? Məlum olur ki həmin bina qanunsuz tikilibmiş deyə gecəynən sökülüb. Və yaxud da onda görürsən ki dünənə qədər yanından keçdiyin bir biyabanlıqda hündürmərtəbəli bir bina peyda olub. Di gəl baş aç bu müəmmalardan.
Bu millətin adına qara siyahılarda çox rast gəlmiş olarsan. Mən bir işə çox təəccüb edirəm ki bu millətdən çox özünü gizlətməyə meylli başqa bir millət tamam yer üzündə yoxdu, amma yenə də adı hər yerdə hallanır. Ay başına dönüm bu millət az qala hasarını evindən hündür eləyir. Hələ dənizi də, meşələri də hasarlayıblar. Bəs bunların eybi hasarlardan aşın necə aləmə bəlli olur.
 Bax beləcə, dərdim dözülməzdi, əzizim. Bu ikinci həyata başlayandan bəri partpresim cəmi bircə dəfə gülüb. O da deyim necə olub.  O gün Eurovizyona görə evləri uçurulan camaat kəsmişdi yolu. Bizim sərnişinlərin içində də cındırından cin hürkən bi şair vardı. Sərnişinlərin başını qatmaq üçün bir çıxış yapdı. Çıxışı o qədər maraqlı oldu ki hətta sürücü meyxananı kəsib ona qulaq asmağa başladı. Gör zalım oğlu nələr danışdı.
-Hörmətli bəylər və xanımlar. Bizim iqtidar Ermənistanda ermənilərin sayının azalması haqda çox uzun-uzadı danışsa da bunu bizim qələbəmiz kimi başa düşməyin. Çünki Avropaya getmək üçün adamın gərəkdir ki parası olsun. Bizim də ki heç sürücü qardaşımızın pulunu verməyə imkanımız yox. Dal qapıdan düşüb qaçanlarımız nə qədər desən var. ( bu yerdə sürücü ona ”aton cənnətlik” dedi)
Amma gör ermənilr bizdən nə qədər yaxşı yaşayırlar ki çıxıb ailəliknən Avropaya getməyə pulları var. Heç bizim müxalifət də düz əməlli zad deyil. Sovetin köləliyindan azad olmuş müxalifətimiz sonra düşdü ATƏT-in köləliyinə. Axmaqlar elə bilir ATƏT ayna kimi tər-təmiz zaddı. Amma həqiqətən də ATƏT aynadı haa, mənölüm. Indi mən bunu sizlərə isbatlaya bilərəm. Deməli belə. Hamınız bilirsiniz ki bizim həyatımız qumara qoyulub. Bizim siyasətçilər həyatımızla qumar oynayır. Qumar da ki bilirsiniz adamı hansı cəhənnəmlərə varid edir. Bu qumar deyilən elə bir zaddır ki burda xoşbəxt o kəsdir ki əli gətimir. Allahın heç 13, 14 xalını da yığa bilmir o xoşbəxtlər. Beləliklə də uduzduqları olur yalnız yerpulu. Vay o şəxsin halına ki əli gətirir. ( bu yerdə bir neçə nəfər –o necə olan şeydi şair, nə qəliz danışırsan –dedi)
Şair heyranedici bir açıqlama verdi:
-O da belə bir zaddır dəə, demək birində olur 31. Bədbəxt bütün var yoxunu tökür ortalığa. 0 biri də bunun qarşısına çıxarır üç tuz. Adam fəlakətə düşür də. Belə yerdə əli gətirməyən o əli gətirənin gününə düşmədiyinə çox sevinir. Baxın mən o əli gətirməyən qumarbazları bənzədirəm bizim xırda partiyalara. Onlar heç vaxt uduzmurlar. Elə iqtidardan aldıqlarını da iqtidara yerpulu verib qumardan sonrakı qonaqlıqlarda qarınlarını otarmaqla çobanlıqlarını yaşayırlar bu fani dünyada. 0 31-i olanlar da bənzəyir bizim yazıq iri müxalifətə. Hər seçkidən sonra bütün olan-qalanlarını uduzub ATƏT-ə pul dilənməyə gedirlər. Ayna kimi tər-təmiz ATƏT də bunların arxasında dayanıb daim. Elə qumar  oyunu zamanı da arxalarında ayna kimi tər-təmiz durur ATƏT.  Iqtidar da baxıb o tər-təmiz aynadan bunların əllərini görür və daha da quduzlaşır. Bu bədbəxtlər isə bunu anlamır. Doğrudur bəzən  məlum olur ki iqtidarın o üç tuzu saxta imiş. Amma üç tuzun saxta olmasını sübut etmək üçün gərəkdir ki bütün yerli məhkəmə instansiyalarını adlayasan. Sonra da işi adladasan Avropa məhkəməsinə. Onlar da iki il gözləyib işə baxalar. Işə baxmaları da aşağısı iki ilə çəkir. Nəzərə alsaq ki yerli məhkəmələrin hamısından keçmək üçün də üç il lazımdı azından, gör aradan nə qədər müddət keçir. Bir də baxırlar ki vay dədə, yeni seçkilər yaxınlaşdı. Üz tuturlar ATƏT-ə ki bəs bizim arxamızda dur ey ayna kimi təmiz ATƏT. ATƏT də deyir sən öl arxanda ayna kimi tər-təmiz durmuşam. Və yenə də iqtidara göstərir müxalifətin 31-ni.
Антикризисные обои - В Ж..У Кризис
Yoldaşlar, 31 demiş başı qumara qarışan müxalifət ayı, günü də unudub. 17 aprel mitinqindən sonra istədi 31 aprel mitinqi yapsın, amma zalımoğlunun 31-i bu dəfə gəlmədi. Sonra ara uzandı, sentyabrın 31-nə mitinq saldılar, yenə də 31 gəlmədi. Indi lap ağılalrını itiriblər. Deyirlər fevralın 31-nə mitinq təşkil etmişik.
 Hə, əzizim, elə söhbətin bu yerində qadasın aldığım bir QAZ 31 gəlib məni arxadan vurdu. Heç vecimə də olmadı ki sərnişinlərin vəziyyəti necə oldu. Indi təmirdəyəm. Odur ki bu cəhənnəm  əzabından canım bir neçə günlüyünə qurtarıb. Elə bu məktubu da boşluqdan yazıram. Çalış qəbristana düşmə. Düşsən də Odlar Yurdunda ikinci həyatını yaşamağa gəlmə. Bundansa arzu et ki Avropanın etirazçı  gəncləri səni elə şəhərin ortasındaca cəhənnəm atəşinə verib yandırsınlar.

Комментариев нет:

Отправить комментарий