Страницы

30.12.2011

Nurəddin Mehdixanlı: “Teatrı yolundan sapdırmaq olmaz”

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlı yola salmaqda olduğumuz 2011-ci ili ölkə və mədəniyyət sahəsi üçün kifayət qədər uğurlu il hesab edir.
Bu ilin uğurlarından lent.az-a danışan aktyorun sözlərinə görə, ilin ən böyük hadisəsi dövlət müstəqilliyimizin bərpasının 20 illiyinin tamam olmasıdır: “Bu, ölkəmiz və xalqımız üçün böyük hadisə və rəqəmdir. Hər bir azərbaycanlı bununla sevinməli və fəxr etməlidir”.
Nurəddin Mehdixanlı Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsini ölkənin, dövlətçiliyin, xalqın uğuru kimi qiymətləndirib.
Xalq artisti 2011-ci ildə mədəniyyət sahəsində də yetərincə əlamətdar hadisələrin baş verdiyini söyləyib. Bu sırada birinci növbədə Azərbaycanın “Eurovision-2011” müsabiqəsində qalib gəlməsi durur.

Çalışdığı teatra gəlincə, aktyor burada da uğurlu işlərin olduğunu qeyd edib: “Bu il beşdən çox yeni tamaşa təhvil verilib. “Xəcalət” tamaşası Yaltada ən yüksək aktyor ustalığı nominasiyasında mükafat alıb. Bu, teatrın 50 ildə aldığı ilk və son mükafat idi. “İnsan səsi” tamaşası Özbəkistanda yüksək qiymətləndirildi. Bu işlərin içərisində orta səviyyəlisi də var əlbəttə. Amma hər şeyə rəğmən “Azdrama” bayraqdar, lider teatr kimi öz yolunu gedir. Teatrı yolundan sapdırmaq olmaz”. 

Комментариев нет:

Отправить комментарий