Страницы

09.12.2011

Sionist rejim haqqa qarşı


Hüsamə bin Sərxan
Qarazəncir Antimason Lojası

 İranda müdafiə sənayesinin inkişafı elə bir şəraitdə mümkün olub ki, dünya xalqlarına qənim kəsilmiş ABŞ və İsrail Tehrana qarşı sərt sanksiyalar tətbiq etməklə onu diz çökdürəcəklərini ümidində idilər. Onlar həmişə çalışıblar ki, İrana ən sadə müdafiə təchizatları belə satılmaqdan imtina edilsin. Buna baxmayaraq İranın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər bütün dünyada heyrət doğurur.

Londonda çıxan Daily Telegraph qəzeti bir müddət öncə İranın dəniz müdafiəsi sahəsində müvəffəqiyyət əldə etməsinə toxunaraq bildirmişdi ki, İran modern Qədir sualtı qayıqları düzəltməklə çox uzaq məntəqələrdə əməliyyat qüdrətinə malik olub. Qəzetin yazdığına görə iranlı mütəxəssislər beynəlxalq inhisarları qırmaqla ən müasir hərbi gəmilər və minatral gəmilərini qayırmağa imkan tapıb. Bunu nəzərə alaraq Amerika rəsmiləri sanki 30 il əvvəlki şəraitdə qalıblar və hələ də dünyanın onlara aid olduğunu düşünürlər. Bu istiqamətdə İran xalqının düşmənləri İranın müdafiə imkanlarına şübhə yaratmaq istəyirlər. Onlar bunun üçün virtual müharibə və iqtisadi blokada kimi vasitələrdən istifadə edirlər. Halbuki İran dünyanı cənginə keçirmiş sionist rejimi qarşısında həmişə öz qüdrətini qoruyub saxlaya bilmişdir.
Copiii palestinienilor privesc ruinele unei moschei bombardate de aviaţia israeliană în Rafah, suburbie a oraşului Gaza İsrail və ABŞ-ın izlədiyi siyasət əslində İran əleyhinə müxtəlif fikirlər atmosferi yaratmaqdan ibarətdir. Onlar öz əsassız ittiham və iddiaları ilə İranın nüvə silahı istehsal etdiyini sübut etmək istəyirlər.
Bu ittihamlar elə bir halda meydana çıxır ki, dünyada ən böyük nüvə silahlarına sahib olan Amerika özü ürəyi istədiyi zaman silahdan istifadə edir. 1945-ci ildə ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası atması ən azı 200 milyon nəfərin ölümü, gələcək nəsillərə uzun sürən zərərli təsirləri ilə nəticələnən faciələrə səbəb oldu. Bununla belə, Vaşinqton hələ də ölkəsində nüvə silahlarının tamamilə məhvinə zidd olmaqla bərabər, özü silahların modern nəsillərinin istehsalına can atır. İsraildə də nüvə istehsalı heç bir məhdidiyyətlər olmadan davam etdirilir və bu ölkənin çoxlu nüvə reaktorlu raketləri vardır. Nəzərə almaq lazımdır ki, İran heç vaxt onlar kimi müharibəni başlamayıb, başqa ölkəyə qarşı hücuma keçməyib və daim region ölkələri arasında əməkdaşlıq yolunda sabitlik və təhlükəsizliyin qorunmasına təkid edibdir.

Комментариев нет:

Отправить комментарий