Страницы

04.12.2011

Soyunun qızlar, soyunun!


Sofiya Sadıqlı yenə Azərbaycan şor-biznesindən yazdı!

“Baxın a, yana –yana qalın a, bu mənim arvadımdır”

Yadınıza düşdü yəqin. Xumar oxuyurdu: “bəzənin qızlar bəzənin!”. İndi söz yox, oğlanlarımız qızlarımızdan çox bəzənirlər. Şəhərdə yeniyetmə oğlanlarımızın yağlanmış çolkasına baxanda yadıma Qarabağ düşür.
Deyirəm, çox pis gündəyik e. Yaşadığımız halımıza baxanda yadıma “Dədə Qorqud” dastanındakı Qazan xanın oğluna dedikləri düşür: “Baxdım sağıma, baxdım soluma...”. Gəlin baxaq sağımıza, baxaq solumuza! Nə görəcəyik bu zaman? Rüsvayçı durumumuzu görüb sarsılacağıq. Baxırsan adamlara bilmirsən nə hay gəlib bunlara ki hamısı soyunmağa, qadınlı-kişili əzələ nümayiş etdirməyə girişib. Qışın günündə yarıçılpaq, bədəninə yapışan paltar geyinən orta yaşını da keçən qadınlara baxanda mat qalırsan. Dəfələrlə demişəm, yenə təkrar edirəm, toylarda yekəqarın kişilərin yanında yarıçılpaq qadınlarını görəndə bu “kişilərin” yekə qarınlarını sığallayıb kişlənmələrini başa düşə bilmirəm. Sanki bu “kişilər” bu tövrləri ilə deyirlər “baxın a, yana –yana qalın a, bu mənim arvadımdır”.
Oğlanlarımızın yağlanmış çolkasına baxanda yadıma Qarabağ düşür

Qarşıdan yay gəlir. Bu yay bir başqa yaydır. Çünki evrovisionlu yaydır. Mən isə hələ də bayaqkı halımdayam. Dedim axı, oğlanlarımızın yağlanmış çolkasına baxanda yadıma Qarabağ düşür.
Fikirləşirəm ki, bütün bunlara səbəb adamların televziyaya çox bağlanamasıdır. İşdən yorğun gələn adam evə girən kimi probelmlərdən, işdəki və evdəki, üstəlik ictimai nəqliyyatdakı yorğunluğunu, stresini atmaq üçün televizoru taxır. Axşam mən də taxmışdım televizoru. İTV dövlət büdcəsindən maliyyələşsə də xalqın problemi ilə məşğul deyil. İTV xalqı şouya qurban verməklə, xalqı şouxanaya soxub məhv eləməklə məşğuldur. Axşam İTV-də Evrovision-2012-hazırlıq gedirdi. Nigar camalın, Səfurə Əlizadənin, Aysel Teymurzadənin qısa tumanından ilhamlanan qızlarımız az qala lüt-üryan çıxırlar yarışmaya. Sanki bu soyunma yarışıdır, mahnı yarışı deyil. Əslində də belədir, bütün dünyada Evrovision mahnı yarışması mavilərin hit-paradı kimi dəyərləndirlir. İndi gözünüz aydın deyək də. Axı yayda Bakımız da mavilərin hit-paradında boğulacaq. Qışda çirkli sulardan, zir-zibildən boğulan bakımız, yayda da toz-torpaqdan zibillərin qoxusundan boğulur adətən. Amma bu dəfə bu zir-zibillərə daha dəhşətlisi əlavə olunacaq; mavilərin basqısı. Bu mənəvi boğulmadan sağ çıxmağı arzulayıram paytaxtmıza və insanlarımıza.
Axşam mən də televizoru taxmışdım. Kanallardan birində tələbələr və tələbə olmaq istəyənlər də yarışırdı. Mavi cins geyən oğlanlarımız bu dar şalvarda bellərini, dallarını elə oynadırdılar ki. Yazıqlar neyləsin Tarkana oxşamağa çalışırlar. Deyirlər bəlkə Tarkana oxşasalar bir az pul qazanıb adam olarlar. Bu ölkədə pulsuz adam olmaq olmur mənim balam. 

Bir gecədə iki kişi... onu da mən eyləmişəm

Adətən tənbəl qadınlar haqqında deyirlər: “Altı aya bir kəndirbağı onu da mən eyləmişəm”. İndi bunu şouxanımlar üçün oxuyurlar, özü də başqa cür. Məsələn bu günlərdə adını ciddi sayt qoyan bir xəbər saytı yazır ki, azərbaycanlı model bir gecədə iki kişi ilə zad edib. Deyirəm, üz ətdəndir e, ha çevirirəm, bu fikir necə ifadə edəcəyimi bilmirəm. Amma sayt elə belə də yazıb: “Gənc model və müğənni Sevinc Məmmədova iş fəaliyyətinin ilk addımlarında hər jesti ilə diqqət çəkib. Sevinc gecə klublarının birində maraqlı və təəccüblü görüntüləri ilə diqqət çəkib. Belə ki, gecə saatlarında kluba gələn gənc model və müğənni əvvəl sakit görünsə də, daha sonra sükutu pozub. S.Məmmədova salonda olarkən klipmeyker Zöhrab Ağayevin masasında əyləşir. Sevinc və Zöhrab cütlüyü birgə sulu qəlyan çəkir, rəqs edir və ən təəccüblüsü isə Zöhrabın ayaqları üstə oturaraq, sulu qəlyanını çəkməyə davam edir. Sevincin bu hərəkətinə biganə qalmayan Zöhrab da onu qucaqlayır, onlar şəkil çəkdirməkdən çəkinmirlər. Özlərini tam azad hiss edən cütlük, onlara baxan insanlara laqeyd qalaraq, sərbəst hərəkətlərindən geri qalmırdılar.
Klubda olan tanınmış teleaparıcı Samir Bayramovun model-müğənni S.Məmmədova ilə səmimi görüntüləri də nəzərdən yayınmayıb. Həmçinin, Samir ilə Sevinc başlarını bir-birinə yaxınlaşdıraraq, söhbət edir, şənlənirdilər. Münasibətlərindən hiss olunurdu ki, cütlük səmimi, azad və kompleksiz tanışdırlar.
Onu da qeyd edək ki, S.Məmmədova qeyri-adi hərəkətləri ilə şəkil çəkdirməkdə maraqlı idi. O, müxtəlif rakurslarda şəkil çəkdirirdi”.
Baxın ha, hələ bu yazıya, yazının quruluşuna diqqət edin. Əslində bu yazı yazmaq deyil, ana dilimizin anasını ağlatmaqdır. İkincisi isə belələrinə demək laızmdır ki, Sevinc niyə görə kameralardan qaçıb gizlənməli idi? Sevinc kimi arı yeyib namusu da dalına atıb satışa çıxaranlara abır həya gərək deyil və bu ümumiyyətlə yoxdur. Sevinc kimilərə pul gərəkdir. Pulu bu gün Zorikin qucağından çıxarır sabah üçün yeni klyent lazımdır. Ona görə də onun kimilərə belə şəkillər və belə vecsiz saytlardakı reklamlar gərəkdir. Bax belə- belə Seva yaxşıca pul qazanacaq sonra özünü reklamı bir az da artıracaq. Sonra yenə pullar töküləcək başından ayağına. Millətin ali məktəbə hazırlaşan balaları doyunca yavan çörək də tapıb yeyə bilmir. Sevinc kimilər isə restoranlarda min cür təamla bəslənirlər. Kimin üçün? Maraqlı sualdır. Sabah Sevinc də Röya kimi ailə quracaq, həılə bir oğul da doğacaq və telekanallara çıxıb əlini dombalmış qarnına qoyub qarnındakının babasının ölkədə “beş-üç kişidən biri” olduğunu deyəcək. Budur bizi gələcəyə aparan yollar. Türklər demiş lanat olsun bu gələcəyə və bu rəzalətə!

Soyunub ayda min manat qazanıb urrrraaa!

Dedim axı camaata telekanallar nə gün ağlayıbsa, bu qazsız, işıqsız, soyuq otaqlarda qızışıb soyunanların sayı günbəgün artır. O günlərdə daha bir modelcik and içib-aman edib ki, soyunmaqla geyinməyin heç bir fərqi yoxdur. Doğrusu, bu fikir ağlıma batdı və düşündüm ki, bu əslində çpox böyük fəlsəfədir. Hazırda bu fəlsəfə üzərində araşdırma apardığımdan başım çox qarışıqdır. Ayda min manat qazandığını deyən azərbaycanlı model, yəni azəri balası Diana Eyyubova elə bu şəkildə də etiraf edib:  “Bu, konkret məbləğ deyil ki. Ay ərzində aldığım sifarişlərdən asılıdır. Elə olur ki, bir gün hansısa nümayişə qatılmaqdan 200 manat qazanıram. Amma bu, nadir hallarda olur. Kliplərə çəkilmək üçün saysız-hesabsız təklif almışam. Amma hamısını rədd edirəm. Biabır olmaq istəmirəm. Azərbaycan şou-biznesini sevmirəm. Sadəcə, burada yaşadığım üçün burada işləmək məcburiyyətindəyəm”. Bax belə. Adam şouxanadan pul qırır, sonra da deyir bəyənmirəm. Dəhşətə bax e.
Diana çılpaq fotosessiyalara çəkilmək təkliflər aldığını da etiraf edib: “Azərbaycanın ən məşhur fotoqraflarından biri mənə çılpaq fotosessiyaya çəkilməyi təklif etmişdi. O, əvvəllər də çılpaq və alt paltarında qızların şəkillərini çəkib. Amma bu, Ukraynada baş verib. Mən əlbəttə ki, təklifi rədd etdim. Nə fərqi var, alt paltarında çəkildin, yoxsa çılpaq? Bu, eyni şeydir. Müxtəlif ölkələrdə müsabiqələrə qatılmışam və orada səhnəyə çimərlik paltarında çıxmaq normal haldır. Azərbaycanda isə bu, yolverilməzdir”. Amma öz aramızdır Diana zaman-məkan fərqini əla anlayıb ha. Elə buna görə də bu qız çörək tapacaq, arasında da halal kolbasa. O kolbasa ki onun hallaığına və gigenik sağlamlığına Hacı Tuqay şəxsən zəmanət verib. 

Sofiya Sadıqlı

9 комментариев:

  1. Xanim,size ne dexli var kim soyundu ,kim geyindi,siz ozunuz namuslu olun.Herenin oz heyati,heyat terzi var.Mene ele gelir ki,siz kifayet qeder gozel deyilsiz ve gozel qadinlara paxilliq edirsiz,incimeyin beledi.Yeqin menim kommentimi vermeyeceksiz ,ancaq hec olmazsa ozuvuz ki oxuyacaqsiz.

    ОтветитьУдалить
  2. Анонимный25.03.2012, 05:07

    AY bu yazini yazana cirkin deyen xanim,Men ise eminem ki,siz ozunuz cox cirkin olmasanizda exlaqiniz cox cirkindir,CEmiyyetin belasinin qarsisini almaq hamiya borcdur,yeqin sizde soyunub pul qazanmaqa pis baxmirisz,baxsaydiniz eger sizde bele zidd gelerdiniz,Herenin oz heyati bezi serhedler cercivesinde olmalidir,MAVIYA rahat mavilik ucun serait yaratsaq sabah seninde ovladin ele olacaq,cunki o bir xestelikdir,Biqeyret olmaq xestelikdir,yaziqsiz ayilin,Basinizi oyadin,Bu xanim ise mence en gozel xanimdir,cunki en azindan soyunmur soyunana pis baxir,exlaqini qoruyur,ATASINIn qeyretini qoruyur,YEQIN SIZ ISE HER GUN kimseyle yatmaqi ata qeyreti sayirsiz.ALLAH sizi dogru yola yoneltsin

    ОтветитьУдалить
  3. Çox gözel yazıdır. Allah razı olsun. yaralı yerimize toxundunuz.Lap üreyimi oxudunuz. namus qeyret elden gedir. Azerbaycanımız elden gedir.Axırı heç yaxşı görsenmir. Arada yaz bele şeylerden. Boş boş danışanlara da fikir verme. it hürer karvan keçer.

    ОтветитьУдалить
  4. Çox gözəl yazıdır, amma bir az gecikmişdir. Geyinib-soyunmaq fəlsəfəsi nöqteyi nəzərindən bir neçə söz demək istəyirəm. Əvvəla gəşəng, gözəl qızların soyunub haralarınısa nümayiş etdirməklə nəyəsə malik olduqlarını sübut etməyə ehtiyacları yoxdur. Həm mənəvi cəhətdən, həm də zahiri görkəmdən eybəcər olanlar əndamlarının bəzi yerlərini nümayiş etdirməklə özlərinə diqqəti qrtırmağa çalışırlar. Tutaq ki, boyu balacadır - ayaqlarını çılpaqlayır ta t.... qədər; keçəldir-parik qoyur; sinədə heç nə yoxdur-arxasını şişirdir; səsi yoxdur-qışqırır;
    İnsan hüquqları baxımından kimin necə həyat yaşaması hərənin öz işidir prizması öz eybəcərliklərinə dəstək almaq üçün ortaya atırlar. Belədirsə (məqaləyə məfi münasibət bəsləyənlərə aiddir) dilini sox g......, otur yerində. Sənə nə qalıbdır bunu komment edirsən. Deməli biganə deyilsən, özün kimi eybəcərlərdən,, degeneratlardan dəstək axtarırsan. Mən 100% əminəm ki, belə mövqe nümayiş etdirənlər manqurdlardır. Onların ailələrinin təməlində cəmiyyətin tör-töküntülü nümayəndəsi, soyu-kökü məlum olmayan yarı nə bilim ..dilli, yarı erməni-budaq kimsələrdən ibarətdir.
    Gəlin kiminsə mövqeyinə daş atmayaq. Bacarırsan öz "ağlını", qabiliyyətini yüksək mədəni dəyərlər kontekstində qiymətləndir, sanballı, arqumentli, yanında fotonu yerləşdir ver cəmiyyətin müzakirəsinə.

    ОтветитьУдалить
  5. Анонимный23.04.2012, 15:15

    coooooooox raziyam coooooox dogru yazilib halaldi bunu yazan wexse hele o sevinc ve roya haqqinda yazmaasi superiydi heqiqeten esl sozler esl her weyin dogrusu bu millet exlaaqsizliga gedir kiwiler de ne qeder ozlerini hamini aldadan kimi gorsetselerde onlari qeweng alladirlar ele fahiweler kiwilerin coxu fahiwelerin esiri halina kecib bu dunyaya bir daha nifret eledim cox dogru sobetdi bu sobete sehvdi diyen demeli ailesinde ele insan var !! bawqa cur deye bilmerem cunki bu sobete sehv demek hetta gunah bele olar neyse cpx daniwdim amma bu xeber mene cox tesir etdi

    ОтветитьУдалить
  6. Анонимный26.07.2015, 01:35

    Çoooox gözəl Əla yazıdır. Əhsən!

    ОтветитьУдалить
  7. Анонимный03.03.2016, 06:41

    Veziyyet qelizdir.

    ОтветитьУдалить