Страницы

31.12.2011

Tarkanın konserti


Bugün bir nəfər yanıma gəldi. (Adını çox adam bildiyi üşün yazmıram) Bu adamın atası vəfat edib, özü işləmir, ailə də tək bir qardaşı işləyir və ailədə hamı onun aldığı maaşla dolanır, neçə müddətdir borcları olduğuna görə işıqlarını da kəsiblər. Soruşdum hardan gəlirsən, dedi bilet almaq istəyirdim, baha oldu, aşağısı 100 manatdır, 200. 300, hətta 500 manata da var, pulum çatmadı. Dedim nə bilet, qayıdıb nə desə yaxşıdır...Tarkanın kosertinə. Matım-mutum qurudu. vallah məni qınamayın əliyev hakimiyyəti belə adamların çiyinləri üstündə qərar tutub.İndiyə qədər bu hakimiyyət ona görə uzun müddət davam gətirib ki, dünən çörək pulu tapmayıb, onu bu bəlaya salan hakimiyyətlə mübarizə aparmaq əvəzinə,bu gün borc-xərc tapıb, harınlamış hakimiyyətin öz kefi üçün gətirdiyi Tarkanın konsertinə bilet axtaran adamlar var bu məmləkətdə. Allah özü bu millətə ağıl versin, nə deyim.

Комментариев нет:

Отправить комментарий