Страницы

07.12.2011

Türkiyədə axtarış: Əvvəl kimyəvi silah indi isə atom bombası


ABŞ-ın “Atomic Scientists” jurnalı Türkiyədə 10 ədəd atom bombasının olduğu haqda xəbər yayımlayıb. Jurnal ABŞ üçün nüvə bombası hazırlayan “Manhattan Project” layihəsində işləyən mütəxəssislərə istinad edir. Jurnal bombaların 1971-ci ildə “soyuq müharibə” zamanı Türkiyəyə gətirildiyini yazır. Jurnalın yazdığına görə bu bombaların sayı 2000-2001-ci illərdə daha çoxuş, ancaq onlaın sayı azaldılıb. Sonuncu 10 ədədiniisə Türkiyə özündə saxlayıb ABŞ tərəfindən zərrləşdirilməsinə imkan verməyib.
Heç şübhə yoxdur ki, bu ABŞ-ın Türkiyəyə bir ismarıncıdır və bu yazı sifaişli bir yazıdır. Bununla Türkiyə təhdid edilir, ço güman ki, erməni soyqırımı, kürd sorunu və ya israil məsələsində Türkiyənin güzəşt etməsi istənilir. Şərq dövlətlərində baş verən ABŞ-onun əlaltılarının işğallarına bəhanələrin və hal-hazrda da İrana qarşı irəli sürülən ittihamların atom bombasının hazırlanması, kütləvi qırğın silahlarının yaradılması ilə əlaqəli olduğunu nəzərə alsaq, bu yaxınlarda isə Avropa kommisiyasının Türkiyədə kimyəvi silah axtarmasını buna əlavə etsək növbə Türkiyənindi deyə bilərik.
Belə ki, eyni bəhanə ilə Əfqanistan, İraq işğal edilib, İran isə hər an təcavüzə məruz qala bilər. Suriya isə arıq hadisələrin mərkəzindədir. 

Комментариев нет:

Отправить комментарий