Страницы

09.12.2011

YURİ LUJKOVUN BACANAĞINI BAKIDAN QOVURLAR

YURİ LUJKOVUN BACANAĞINI BAKIDAN QOVURLAR
HACI MƏMMƏDOVUN OĞURLAMAQ İSTƏDİYİ YARUXOM İLİYEVİN BAKIDAN QOVULMASINI RƏSMİ BAKIDAN PUTİN İSTƏYİB

Azərbaycandakı ən böyük yəhudi iş adamı çökdürülür. Məşhur biznesmenin obyektlərinin bir hissəsi əlindən alınıb, “Gön-Dəri” ASC isə sökdürülür, milyonçunun özü isə hazırda Moskvada qardaşlarının yanındadır.

Bu barədə PİA.AZ-a məlumat verən mənbə bildirir ki, Azərbaycanda böyük biznes fəaliyyəti ilə məşğul olan yəhudi iş adamı Yaruxom İliyevin biznesi çökdürülür və onunbiznesi Bakı şəhərindən çıxarılır.

Mənbə bildirir ki, artıq Y.İliyevin biznesinin bir hissəsi alınıb, bir neçə dəfə isə Vergilər Nazirliyi onun obyektlərində yoxlamalar aparıb.bildirilir ki, Hövsandakı balıqçılıq obyekti və gəmiləri əlindən alınıb, eləcə də un fabriki bağlanılıb. Amma yəhudi iş adamınaın ən böyük biznesi metronun “Əzizbəyov” stansiyasının yaxınlığında fəaliyyət göstərən “Gön-Dəri” ASC-dir. Hazırda 500 nəfərin çalışdığı bu nəhəng müəssisənin sökülməsi üçün Y.İliyev 2012-ci ilin may ayına qədər vaxt ayrılıb.

Qeyd edək ki, 2005-ci ildə «Gön-Dəri» zavodunun açılışında president İlham Əliyev iştirak etmişdi. Açılış nitqində prezident İliyev qardaşlarına hər cür dəstək verilməsi gərəkdiyini vurğulamışdı.

Mənbənin bildirdiyinə görə Yaruxom İliyev «Gön-Dəri» zavodunu Xaçmaza köçürmək üçün hazırlıq işlərinə başlayıb. Artıq Xaçmazda zavodun tikintisinə başlandığı bildirilir.

Qeyd edək ki, Yaruxom İliyevin qardaşı Zarah İliyev Moskvanın keçmiş meri və hazırda Rusiya hakimiyyətinin qara siyahısında yer alan Yuri Lujkovun bacanağıdır və onun Moskvada böyük biznesi də var. Bakıdakı böyük biznesini də məhz Lujkovun lobbiçiliyi ilə yarada bilib. Qubanın Qırmızı qəsəbəsində doğulan İliyev qardaşlarının məşhur iş adamları Araz Ağalarov, Telman İsmayılov, Qod Nisanov, İsgəndər Xəlilov kimi məşhur şəxslərlə isti münasibətləri və biznes ortaqlıqları var.

Verilən məlumatda bildirilir ki, İliyevlərin Bakıdan qovulması üçün verilən qərar siyasi xarakterlidir və bunu Bakıdan Rusiyanın Baş Naziri Vladimir Putin istəyib. Yuri Lujkovun iqtisadi imperiyasını çökdürməyə maraqlı olan Putin gələcəkdə Lujkovun əlində olan maliyyə mənbələrinin ona əngəl ola biləcəyini düşünür. Elə buna görə də ikinci dəfə rusiya prezidentliyinə soyunan Putin rəsmi Bakıdan Lujkovun bacanağının Bakıdan çıxarılmasını istəyib.

Buna baxmayaraq İliyev qardaşları rəsmi Bakı ilə «Gön-Dəri» zavodunu Xaçmaza köçürmək haqqında razılığa gələ biliblər. Lakin Bakıdakı digər obyektlərini görünür ki, İliyev qardaşları xilas edə bilməyəcəklər. Bildirilir ki, “Gön-Dəri” ASC İliyev qardaşlarının öz adına yox, İsakov Zaxar İfraimoviç adlı şəxsin adına rəsmləşdirilib, sənədlərdə bu müəssisəyə onun rəhbərlik etdiyi bildirilir. Amma “Gön-Dəri” zavodunda çalışan hər kəs bilir ki, onların patronu hər kəsin «Yura» çağırdığı Yaruxom İliyevdir.

İliyevlərin «Gön-Dəri» zavodu dünyanın bir çox yerlərində tanınınır və hətta “Forbes” jurnalı İliyev qardaşlarının sərvətləri barədə apardığı araşdırmada Bakıda metronun “Əzizbəyov” stansiyasının yaxınlığında Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsi 2-də yerləşən “Gön-Dəri” ASC-nin Y. İliyevə məxsus olduğunu yazıb.

Qeyd edək ki, Y. İliyevin adı bir zamanlar Hacı Məmmədovun məşhur məhkəməsində keçib. Məhkəmədə bildirilib ki, Hacı Məmmədov Y. İliyevi dəfələrlə oğurlamağa cəhd eləsə də buna nail olmayıb.

Mənbə İliyev qardaşları haqqında bir sıra başqa maraqlı məlumatlar versələr də, həmin məlumatların dəqiqləşdirilməsinə ehtiyac olduğu üçün hələlik dərs etmirik.

Araşdırmamız davam edəcək..

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq..

pia.az

Комментариев нет:

Отправить комментарий