Страницы

28.12.2011

YUXULARIMDA YAŞAMAQ İSTƏYİRƏM

Zaur QeribogluZaur Qəriboğlu


Mən nə doğulmuş,
Nə də yaşamışdım bu dünyada.
Yuxuda görmüşdüm,
Bu dünyanı mən.
Yuxuda aşırdım,
Aşırım dağlarını,
Keçilməz sədlərini,
Yuxuda keçirdim.
... Sevdim!
Doğuldum!
Uşaq doğulanda ağlayır,
Mən gülərək doğuldum.
Sevərək, güldüm.
Səninlə sevərək, yaşadım.

Bir gün ayrılıq anı yetişdi.
Demək ki, sonsuz heç nə yoxmuş bu dünyada...
Ağlayaraq, öldüm.
Yenidən qayıtdım,
 Yuxularıma...
Daha doğulmaq istəmirəm.
Bir daha doğulub,
Ölmək istəmirəm.
Elə beləcə yuxularımda
Yaşamaq istəyirəm!..

Комментариев нет:

Отправить комментарий