Страницы

31.01.2012

Arifi-Şirvan

Laçın Məmişov


Sözü ləl deyibdir hər bir Şairin
Seyyidin, Nəsimin, Hadı, Sabirin
Bir dünya bəxş etdin verib hər birin
İşarədən anlar Arifi-Şirvan

Ümmandı alimi, mütəfəkkiri
Sufi Babalarım edib zikiri
Seyyid Yahya xəlvət edib fikiri
Yurduma ləl olub Arifi-Şirvan

Suların sam safdır insanların tək
Ey rəssam bu gözəl mənzərəni çək
Alim zənguləsin dağda vurantək
İmana sövq edir Arifi-Şirvan

Hər dağın daşında bir tarix yatır
Səni görən dərdi qəmini atır
Uğurun, qürürn namərdi çatır
Orduya Bayraqdar Arifi-Şirvan

Cahana ibrətdir hər bir övladın
Burda qılınc vurur kişi, həm qadın
Silinməz tarixdən heç zaman adın
Adın Azərbaycan Arifi-Şirvan

Tər təmiz TÜRK qanı var damarında
İbrahim Şah bilirdi zamanında
Teymurla ittifaq edən anında
Mayanı tutdu saf Arifi-Şirvan

Paxıllar oxuyub mütləq qızarar
Səni götürməyən gözlər bozarar
Mahmudağa məclisində söz olar
Sənətə Kəbəsən Arifi-Şirvan

Düma soraq verir orta əsrdən
Knyaz Qaqarın rəsmini həsr edən
Sözü müxənnətin elin qəsb edən
Güllə tək dələndi Eyhami-Şirvan

Hara baxırsansa övliya ələm
Sənə eşqim edir günbə gün sələm
Bir başqa oğuldur Seyyid Mirələm
Musiqi beşiyi Arifi-Şirvan

Yazdıqca yazacam deyil bir, iki
Bu ilham pərisi deyil mənimki
Dövlət bəy tək məğrur dağın Pidrəki
Laçına arxadır Arifi-Şirvan




Комментариев нет:

Отправить комментарий