Amma həmin təkliflər elə təklif olaraq qalır...
Bəs Azərbaycan bunun üçün hansı addımlar atmalıdır? Qorbaçovu Beynəlxalq məhkəməyə verə bilərikmi, bununla nəyəsə nail olamamız mümkündürmü?
“Ona görə ki, həm elə bir mexanizm yoxdur, həm də Beynəlxalq məhkəmə daha çox siyasi mahiyyət daşıyır, nəinki huquqi. Bunun üçün də Qorbaçovun məhkum olunması real deyil. Biz çalışmalıyıq ki, ancaq mətbuat vasitəsilə bu məsələni beynəlxalq ictimaiyyətə çatdıraq”.
Aslan İsmayılov deyib ki, 20 yanvar qrğını ilə bağlı tarixçi alim Çapay Sultanovdan başqa köklü yazılar yazan yoxdur.
“Professor Çapay Sultanovun “Qanlı Yanvar”, “İmperatorluğun son dərbəsi” adlı kitablarında Qorbaçovun tam iç üzü açılır, ifşa olunur. Ancaq bu yolla ondan qisas almaq olar” - deyə A.İsmayılov fikrini tamamlayıb.
“O ki qaldı Qorbaçovun məhkəməyə verilməsinə, bu artıq mümkün deyil. Çünki hadisənin baş verdiyi zamandan uzun müddət keçib. Soruşacaqlar o vaxt niyə vermədiniz məhkəməyə? Həm də SSRİ-nin dağılma prosesinə görə Qorbaçov Qərbdə mütərəqqi bir şəxs kimi tanınır. Azərbaycan vaxtında bu işlə məşğul olmadığına görə, indi gecdir, heç nə əldə edə bilmərik”.
Sevinc İltifatqızı
Комментариев нет:
Отправить комментарий