Modern.az saytı daha maraqlı bir məlumat əldə edib. Bakıda Qəddafi adlı uşaq da yaşayırmış. Həm də o, başqa millətdən deyil, azərbaycanlıdır. Doğum haqqında şəhadətnaməsinə də belə yazılıb: Hüseynov Qəddafi.
Əməkdaşımızın məlumatına görə, 9 yaşlı Qəddafi Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli orta məktəbdə oxuyur. Qəddafi Hüseynov 73 nömrəli məktəbin 4-cü sinfində təhsil alır.
Balaca Qəddafinin özü adının mənasını, mənşəyini bilmir. Deyir ki, valideynləri ona Qəddafi adı qoyublar.
Qəddafinin valideynləri siyasi prosesləri izləməyən sadə adamlardır. Onların sözlərinə görə, bu adı 9 il öncə telekanalların birindən eşidiblər. Həmin vaxt kanallardan biri Liviyanın məşhur eks-lideri Müəmmər Qəddafinin hansısa ölkəyə səfərindən reportaj verirmiş. Ad valideynlərin xoşuna gəldiyindən o ərəfədə ailədə doğulan oğlan uşağına Qəddafi adını verməyi qərara alıblar. Elə şəhadətnaməsinə də beləcə yazdırıblar.
Комментариев нет:
Отправить комментарий