Страницы

25.01.2012

"Fransa Minsk qrupundan çıxarılmalıdır"


Fransa Senatının "erməni soyqırımı"nın inkarına görə cinayət təqibi haqqında qanunun qəbul edilməsi məsələsi Azəri-Türk Qadınlar Birliyi tərəfindən də hiddətlə qarşılanıb. ATQB sədri Tənzilə Rüstəmxanlı bu barədə bildirib ki, Fransa "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun qəbul etməklə söz azadlığı və demokratiya kimi dəyərlərə qarşı çıxır. ATQB-nin adından verilən bəyanatda deyilir:

"Bu qanun inkvizisiya sisteminin qayıtmasına yol verir. Bu hadisə söz azadlığını prinsiplərinə ziddir. Fransanın yalançı tarixin qalasına çevrilməsinə yol verməyin! Fransa yalançı tarixə qahmar çıxmaqdansa öz tarixinə diqqət yetirib, Əlcəzairdə və digər Afrika ölkələrində törətdiyi soyqırımlara baxsın.

Əgər unudublarsa, biz onlara xatırladaq: 25 iyul 1920-ci ildə böyük qismi Seneqal və Mağripdən ibarət olan Fransa ordusu 90 min əsgərlə Şamı işğal etdi. 1915-ci ildə Anadoluda Antep-Maraş bölgəsini işğal edərək yüzlərlə kəndi yandırdı, minlərlə adamı öldürdü. Yaxın Şərqdə Fransanın rəhbərliyi altında olan bölgələr 1925-ci ilə qədər hərbi vəziyyət alında qalmışdı.1946-cı ildə öz ordusunu geri çəkməmişdən əvvəl Şamı bombalayan Fransa ordusu 500 insanı qətlə yetirib. Fransa 1947-ci ildə Madaqaskarda azadlıq tələbi ilə qiyam qaldıran xalqa qarşı misli görünməmiş qırğın etdi, 40 min madaqaskarlı qətlə yetirildi. Fransa 1952-ci ildə başlayan Əlcəzair Milli Qurtuluş hərəkatının üzərinə bütün vəhşiliyi ilə getdi. 10 illik döyüş nəticəsində 1.5 milyon Əlcəzair vətənpərvər qətlə yetirildi, yüzlərlə kənd və qəsəbə yerlə yeksan edildi. Bu gün ermənilər üçün timsah göz yaşları axıdan Fransa 1967-1968-cı illərdə ölkəsindəki işçilərə və tələbələrə qarşı kütləvi surətdə qətliamlar keçirib".
ATQB sədri hesa edir ki, “Fransa belə addım atmaqla obyektivlik və ədalət prinsipindən nə qədər uzaq olduğunu, türklərə qarşı qərəzli mövqedə durduğunu bir daha sübut edib. Bu qanunun qəbulu ilə Fransa Dağlıq Qarabağ probleminin həllində hansı mövqedən çıxış etdiyini, ATƏT-in Minsk Qrupunun həmsədri kimi açıq şəkildə Ermənistanı dəstəklədiyini bir daha göstərib. Azərbaycan dövləti Fransanın vasitəçilik missiyasından imtina etməli, onun ATƏT-in Minsk Qrupundan və həmsədrlikdən uzaqlaşdırılmasını təmin etməlidir.

Комментариев нет:

Отправить комментарий