Страницы

28.01.2012

İlk məhəbbətim

Serdar Tagiyev
Sərdar Tağıyev

Uşaqlıqdan sevirdim də səni!
İlk məhəbbət müvəqqətidi deyənlərə nifrət edə - edə!
Böyüyürdüm, məhəbbətim də böyüyürdü ged – gedə.
Sən elə sən idin, ən uca zirvə.
Sonra getdin haralarasa
Amma, itirmədiyimi düşünürdüm səni
Tapmırdım da!
Axtarırdın? – sualını vermə.
Hə, axtarmışam bir neçə dəfə yəni "Google”-da 
Seçki vərəqəsində müstəqil adam olduğun üzə çıxırdı axtarış sonrası.
Mütəmadi axtarırdım səni "Google”-da.
Qürurumun sərhədləri çərçivəsindən çıxa bilməzdim axı!


Aha deyəsən tapmışam sonunda
günəbaxan tumu saytında
Tum almısan, telefon udmusan!!!
Axı sənin uşaqlıqdan bəxtin var idi.
Ən böyük arzun şəhərdə yaşamaq idi.
Bu arzun səni meqopolisə qismət etdi.
Valideynlərinlə ora getdin
Mən kənddə qaldım yetim.
Hə, telefon udmusan, şəklini gördüm 2 il sonra.
Vallah, dəyişməmisən, elə o sənsən.
Bir az gözlərinə baxdım, oqədər çox sevinmisən ki, gözlərini oğurlayıb sevinc.
Telefonu ikiəlli tutub baxırdın bic - bic,
elə həmişəki kimi gülürdün. 
Tez telefon tutan əllərinə baxdım
bir az rahatlandım.
Üzük yoxdur barmaqlarında...  
                               ***
Çox görmüşəm ürək sıxan mənzərələr. 
Sərxoş qadın... fahişənin uşaqlıq şəkli...  gecikmiş məqalələr...
qurumuş göl daha nələr – nələr...
Amma, bu gün gördüyüm mənzərə xəyalımdan onları uzaqlaşdırdı.
Onu hündürdən görürdüm, bu zaman üzünə düşən saçını üfürərək kənarlaşdırdı
Payızın xəzəl etdiyi yarpaqları xışıldada – xışıldada gəlirdi
İlk məhəbbətimi üç il sonra gördüm, amma hamilə idi...

Комментариев нет:

Отправить комментарий