Страницы

02.01.2012

KƏND HƏYATIM


İntiqam Hacılı

Səhər evdə
məni bu sözlərlə oyadırdılar
«dur ayağa işıqlar sönəcək
isti çay olmayacaq»
hər gün bu sözləri
saat 10–da eşidirdim
səhər yeməyindən sonra
nə edəcəyimi
heç özüm də bilmirdim
ya evdə başımı girləyirdim
ya harasa gedib firlanırdım
ya da... heç nə
günortanın istisindən
gizlənmək üçün
mütləq yatırdım
axşamçağı sərində
küçədə olurdum
uşaqlarla «söhbət» edirdim
bundan sonra gün batırdı
«gecəquşu» adlanan həyatım başlanırdı
qaranlıq bir aləm

küçədə uşaqlarla avaralanırdım
ya da başqa evlərdə olanda
kefimi durğun göstərirdim
toylara gəldikdə isə
kənddə dalbadal şənlik olurdu
istər–istəməz bir qıza göz qoyurdum
qız özü isə məndən beş–betər
beləcə gün bitər
yeni gündən iki–üç saat keçəndən sonra
yatağımda sezən aksunun
mahnılarına qulaq asardım
nəhayət məni yuxu aparırdı
maqnitafonu söndürənsə
işığın keçməsi olurdu...

Комментариев нет:

Отправить комментарий