Страницы

26.01.2012

Nərmin Kamal. "Umberto Eco və Postmodernizm fəlsəfəsi"

                         
“Qanun” nəşriyyatı hesabına nəşr olunmuş, hazırda satılıb qurtardığından satışda olmayan “Umberto Eco və postmodernizm fəlsəfəsi” kitabını buradan endirmək olar.
Kitab haqqında mətbuatda dostların yazdıqlarından indi İnternetdə qalanlar:
“Son 5-6 ildə məndə milli qürur yaradan çox az kitablardan biri Nərmin Kamalın «Umberto Eko. Postmodernizm fəlsəfəsi»dir. Mən tənbəlliyimə qarğış edirəm ki, bu modernizmi postmodernizmdən effektli deyimlərlə ayıran ağıllı kitabdan vaxtında heç nə yazmamışam.”
Niyazi Mehdi
“Məncə Nərmin Kamal bu kitabı ilə Azərbaycanın mədəniyyət tarixinə düşəcək. Bu kitab çağdaş ədəbiyyatımızın məhək daşıdır.”
Şərif Ağ
“Ədəbi-bədii düşüncədə inqilab etməyi bacaran bir qızcığazın Umberto Eko fəlsəfəsinə inadla, səylə baş vurması və gərgin araşdırmaların bəhrəsi olaraq “Umberto Eko və postmodernizm” kitabını ortaya qoyması ədəbiyyatımızın şəksiz uğuru kimi dəyərləndirilməlidir.”
Kənan Hacı
P.S. Aşağıdakı şəkil kitabın üz, Yuxarıdakı şəkil isə arxa qabığının şəklidir. İkinci şəkildəki cümlədə gördüyünüz “və” sözcüyü kitabın özündə yoxdur, ilkin qaralama tərtibatımızda var idi.

Комментариев нет:

Отправить комментарий