Страницы

30.01.2012

Siyasi incilər


“İndi başa düşdüm ki, burada ali təhsilli adam işləməlidir"

“Neçə ildir spikersiz, bir dənə mənim adımı yadda saxlaya bilmirsiniz”

“Əhalinin ciddi problemi yoxdur

 *Nəriman Nərimanov prospektində olan sürüşmə zamanı telejurnalistin: Bu rayonda təhlükə gözlənilirmi?” sualına, Hacıbala Abutalıbovun: “Qorxmayın mən burdayam” cavabı marağlıdır. Bir də həmin ərəfədə işlətdiyi: “Əgər Allah Təalanın bu şıltaqlığı davam edərsə...”.
 *Əli Həsənovun ANS də işlətdiyi bir ifadədən: “Yaxşı siyasətçi elədiyini demir vədediyini eləmir”.
Gəncənin keşmiş meri Rasim Daşdəmirov: "Hörmətli soyqırım iştirakçıları...", "Lissabonun sammit şəhərində...".
 *1997-ci ildə Masallı rayon İcra Hakimi YUNESKO təmsilçilərini qarşılayarkən işlətdiyi ifadə: “Xoş gəlmisiniz, bizim Yunesko xalqına böyük hörmətimiz var...”.
 *1994-cü il, Heydər Əliyevin AZTV-də çıxışından: "Ölkədə qanunsuz (!) rüşvət almaq halları var."

 *İlhamə Quliyeva 2002-ci il prezident seçkiləri öncəsi konsertlərin birində: „Heydər Əliyev adına Azərbaycan respublikası” deyərək məddahlanmışdır.
 *Hacıbala Abutalıbov:  “Mənim bir arzum var, ölmək... Ancaq bu vasitəylə mən Heydər Əliyevlə görüşə bilərəm...”.
 *2000-ci il Milli Məslisdə Vergi məcəlləsinin müzakirəsi zamanı Zəlimxan Yaqubun: “Nazim müəllim, bu vergi məcəlləsi qəbul olunsa fahişələr də vergi verəcəkərmi?” sualına Nazim İmanov belə cavab verir: “ Fahişələrdə vətən sevgisi varsa verəcəklər”.
 *Elçibəy rus telekanalların birinə veridiyi müsahibədə belə deyir: “Rusları başa düşmək olar. Ora dartırlar... bura dartırlar...” Tərcuməçi: V nastoyaşıy moment politika Rossii yavlyaetsya krayne izmençivoy...
 *Vasif Talıbov: „XıXı”-ıncı əsrdə... üzr istəyirəm, “İkıs, İkıs”-ıncı əsrdə....
 *Türkiyədəki Gülhanə xəstəxanasında olarkən Süleyman Dəmirəl Heydər Əliyevi ziyarətə gəlir. Dünya mediası önündə keçirilən görüşdə Heydər Əliyev zarafatyana əlini Süleyman Dəmirəlin kürəyinə vuraraq: “Pezəvəng gibisin maşallah” deyir. (Onu qeyd edək ki, pezəvəng türk dilində qadın alverçisinə, “Papa Karlo”ya deyilir.)
 *İlham Əliyev: “Ramil Üsubov hər əməkdaşına görə cavabdeh deyil”.
 *"Şikayətlərdən məlum olur ki, əhalinin ciddi problemi yoxdur. İnsanlar əsasən, şəxsi problemlərinin həllini istəyirlər. Məsələn, kiminsə ailəsində xəstəsi var, kiminsə uşağı ödənişli əsaslarla oxuyur və sairə. Bu o deməkdir ki, ölkədə ciddi problemlərin əksəriyyəti artıq həll olunub". İlham Əliyev, İsmayıllı rayonu, 19.08.2005.
 *Bildiyiniz kimi bir neçə il bundan əvvəl ABŞ-ın Bakıdakı səfiri S. Eskudero idi. Parlamentin binasından çıxan deputatlardan birinə jurnalistlər tərəfindən belə bir sual verilir:
-Eskudero kim və ya nədir?
-Koreyski maşındir da, o de dayanıb orda.
 P.S. Ağıllı deputatımız Esperonu nəzərdə tutub, DEU maşınının bir markasını.
 *Vəzirov: “Ay xala, neçə uşağın var?”
 Xala: “On bir”.
 Vəzirov: “Kimnəndi?”
 *Vəzirov: "Mən sizə qoz ağacı əkəcəyəm, qozlarımı yeyəcəksiniz".
 *Ayna Sultanova heykəlinin açılışında Vəzirov: “Biz gərək bu cür qadınlardan çoxlu-çoxlu qayırağ”.
 *Xocalı faciəsinə Milli Məclisdə baxılarkən sədrlik edən Heydər Əliyev təkidlə:
-Elmira Qafarova hanı? Niyə yoxdur burda?
 Yerdən deputatların birisi:
-Elmira xanım xəstədir, daçaya gedib.
 Cavabdan hirslənmiş Heydər Əliyev:
-Nə daça?! Daça olmaz!
 *Həmin iclasda sabiq dövlət katibi Mitət Abbasov çıxış eləyir:
-Mənə deyirlər ki, Mütəllibovun adamı olmuşam. Mən heç kəsin adamı olmamışam...
 Heydər Əliyev sözünü kəsərək:
-Sizin nə ixtiyarınız var burda belə yüksək pafoslu danışmağa?! Necə yəni siz heç kəsin adamı olmamışsınız?! Siz şəxsən mənim adamım olmuşsunuz!
 Özünü itirmiş Mitət Abbasov:
-Heydər müəllim, mənim sizə çox böyük hörmətim var, amma mən sizin adamınız olma...
 Heydər Əliyev israrla:
-Yox! Siz şəxsən mənim adamım olmuşsunuz!
 *20 yanvarın ildönümündə həmişəki kimi sinədən çıxış edən Heydər Əliyev: "Bu əziz... (pauza) və ağır günündə... Bu gün bizə ona görə əzizdir ki, biz əziz şəhidlərimizi qurban vermişik"- deyə, vəziyyətdən çıxır.
 *Vəzifələrə özü təyin etdiyi rüşvətxorları başına yığıb, onlara rüşvətxorluqdan "dərs" verən Heydər Əliyev: "Mən bilirəm, oturubsunuz kabinetlərdə, cürbəcür işlərlə məşğulsunuz".
 Vəzirov: “Neçə uşağın var”?
-“İki”.
-“Azdır, azdır... Bu işnən şəxsən özüm məşğul olacağam”.
 *Tahir Əliyev (keçmiş gömrük naziri): "Mən üç ay burada işlədim və indi başa düşdüm ki, burada ali təhsilli adam işləməlidir".
 *2000-ci ildə Sidney olimpiadasının qalibləri Namiq Abdullayev və Zemfira Meftahədinova ilə görüşdə Nərimanov rayon icra başçısının: “Hörmətli Disney olimpia iştirakçıları!..” sözü yadda qalan xatirələrdəndir.
 *Spiker Murtuz Ələsgərov deputat Rza İbadova səslənir:
-İbad Rzayev, söz sizindir.
-Murtuz müəllim, Siz artıq neçə ildir spikersiz, bir dənə mənim adımı yadda saxlaya bilmirsiniz. Mən İbad Rzayev yox, Rza İbadovam.
-Oldu İbad, bu bir o qədər da vacib deyil. Davam edin…
 *Sonuncu Milli Məclisdə vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, Heydər Əliyev elə dövlət qurub ki, 12 ballıq zəlzələyə də tab gətirə bilər.
 *Deputat Fazil İbrahimli namizidliyini irəli sürdüyü regionda hakim partiyanın Mixail Zabelini dəstəkləməsindən gileylənib. "Hətta Zabelin gələcək parlamentə düşsə belə, heç kim inanmayacaq ki, onu talışlar seçib" deyə F.İbrahimli bildirib.
 *Millət vəkili Xıdır Alovlu isə deyib ki, onun Heydər Əliyev haqqında əsərini ancaq Nizami Gəncəvinin o zamankı hökmdarlara həsr etdiyi əsərlərlə müqayisə etmək olar.
 *Parlamentin spikeri Murtuz Ələsgərov xatırladıb ki, ANS telekanalında gedən proqramların birində namizəd vəd edib ki, Xəzər dənizini qurudaraq vətəndaşlara torpaq paylayacaq. Spiker namizədlərə üz tutaraq xahiş edib ki, belə yerinə yetirilməsi mümkün olmayan vədlər verməsinlər. Qeyd edək ki, sözügedən vəd "Qulp" satirik proqramında səslənib.
 *Yazıq litsey şagirdi İlham Əliyevlə görüşdə atasının şəninə bir tərif-məruzə oxuduqdan sonra, prezident: "Bilik ALIN, uşaqlar!",- dedi.
 *“Azərbaycan” qəzetində 2001 polis mə'murları ilə iclasında (Polis Günü münasibətilə) prezident H.Əliyevin çıxışından. Əliyev Usubova dönüb, polis kardların həmçinin Polis Akademiyasında hazırlanması haqqında danışır: "Sən onlara hüquq yox, avtomat atmaq, tüfəng atmaq öyrət".
Daha sonra R.Usubov kadr hazırlanmasında maliyyənin qitlığından şikəyətlənir. Heydər Əliyev DİN üçün maliyyə artımı vəd verərək: "Mən təhsil nazirliyinin büdcəsindən kəsib, sənə verərəm. Pulu bu cibimdən o cibimə qoyaram".
 *Tahir Əliyev (keçmiş gömrük naziri) rüşvətxorluğa görə işdən kənarlaşdıranda Milli Məclisdə: "Mən ki, tamojnidə rüşvət almışam, burda almamışam! Niyə məni burda etika komissiyasından kənar eləyirsiniz?!"
 *Hansısa məmurlardan biri Çernobıl əlilləri ilə görəşərkən işlətdiyi ifadə: “Sizi Çernobl günü münasibəti ilə təbrik edirəm!”
 *İlham Əliyev: “Adam mübarizəni kişi kimi aparar” və ya “Kişi idin gələrdin də, niyə qorxdun”?!
 *Milli Məclisin sabiq deputatı Nazim İmanov “Qrant”lar barəsində qanun layihəsini parlamentə təqdim edərkən, deputatlardan biri: “Nazim, professor adamsan, o nə addır qoymusan? Erməni adıdır Qrant, azərbaycan sözü tapmadın?”- deyir.
 *Qırğızıstanın spikeri İlham Əliyevin də olduğu parlamentdə çıxış edir. Təbii ki Murtuz Ələsgərov da iştirak edirdi. Qırğızıstanın spikeri xoş sözlərlə Azərbaycan-Qırğız dostluğundan və ictimai, siyasi, mədəni əlaqələrindən bəhs edir, amma rus dilində. Bunu sezən İlham Əliyev, üzünü Murtuz müəllimə tutaraq:
-Murtuz, sən də başa düşdünmü?- deyir.
 *Köhnə Lenin muzeyinin yanında uçan evlə əlaqədar məmurlar toplaşıb və Heydər Əliyev də orda Ramil Usubovdan hadisə ilə bağlı ətraflı məlumat alır. Ramil Usubov deyir:
-Cənab prezident, hadisə 15.30 radələrində baş vermişdir. Bina uçarkən, binada 4 adam var idi. Onlardan ikisi xilas olmuş, digər ikisi isə “uspet eliyif” çıxa bilməmişlər.
 *Yeni səhiyyə naziri: “Onsuz da həkimə xəstələr hörmət eləyib, kim karobka kanfet, kim pay göndərir, həkim də dolanır”.
 *İlham Əliyev: “On il danışıqlar aparılması ermənilərə güzəştdir.”
 *Allahşükür Paşazadə: Heydər Əliyevə qarşı çıxmaq Allaha qarşı çıxmaqdır.
 *Əhəd Abıyev: “Təzə parlamentdə elə qadınlar var ki, onların yanında heç kəs cürət edib söyüş söyməz”
 *Dövlət əmlak komitəsinin keçmiş sədri xarici qonaqları muzeyə aparıb onlara müxtəlif eksponatlar barəsində ingilscə nələrsə danışmağa çalışırdı.
Nümayəndə heyəti əjdahanı öldürən Bəhram təsvir olunmuş xalçaya yaxınlaşır. Barat Nuriyev izah edir: 
-Eee, on this picture you can see (bir qədər düşünərək) eee... Azebaijan national hero Bakhram... eee... killing (bir qədər düşünərək) ... eee... Azerbaijan national animal (uzun müddətə fikrə gedir)... eee... CROCODILE
 -İsgəndər Həmidov vəzifədə qalmaq üçün Milli Məclisdə: “Heydər bəy, hamı mənə deyir ki, mən Sizin bacınız oğluyam. Elə Siz də olun mənim dayım” dedi.
 *Milli Məclisdə Naxçıvanda Ombudsman İnstitutu barədə müzakirələr zamanı Nizami Xudiyev demişdir:
-Bu nə institutdur. Orada bir qurum yaradacaqlar, 3-4 nəfər işçisi ilə. Adını da, qoyacaqlar "institut". Belə olmaz axı. Ay balam, biz görmüşük ki, institutda müəllim olar, tələbə oxuyar, professor işləyər. Adı "institut" yox, "qurum" olsun təklifi verirəm".
 *Mübariz Qurbanlı əmindir ki, AŞPA-dakı nümayəndə heyətimiz hücumçu mövqeyini davam etdirəcək.
 *Lider kanalının 167-ci saat verlişinin aparıcısı: “Rusiyanın əhalisinin 20 faizi xronoloji alkaqolikdilər”.
 *Polad Bülbüloğlu: “Hal-hazırda ziyalılardan EHTİRAS səsləri gəlməkdədir”.
 *Nazirlərin hesabat iclasında İlham Əliyev:
„Ötən il bu məbləğ … , bu il ilə onu qaldırıb … edəcəyik. Yeni pul ilə təqribən 100.000 dollar.
 *Şəkidə olarkən İlham Əliyev Mehriban Əliyeva ilə mollanın yanında dururlar. Məsciddə molla prezidentə deyir ki, "icazə verin Allaha dua edək".
 *Baytar idarəsinin bir nümayəndəsi: “Quşların ömrü 5-6 il olur. Ona görə də quşların ölümünə təəccüblənmək gərək yoxdur”.
 *Allahşükür Paşazadə: “Allahın yerdəki kölgəsi və işığı Heydər Əliyev...”
 *Murtuz Ələsgərov: “Milli Məclisə Fransada fransizlar fransizca “Nasyanalni Sabranya” deyirlər”.
 *İlham Əliyev: “Bu gün biz Azərbaycanda Rusiya İlini açırıq.”
 *Deputat Nizami Cəfərov "Bir atalar sözündə deyilir ki, bir ər igidin canında pas olsa, şərab açar. Yəni şərab içməmiş ağıllı söhbət eləmək mümkün deyil. Bu, bizə XI əsrdən gələn ənənəvi şeydir. Ona görə də bu məsələləri çox genişləndirmək lazım deyil. Amma belə bir şey də var, içkinin mədəniyyəti olmalıdır da".
 *Qəfəs şousundan danışan Siyavuş Novruzov: “Bir az qadın, bir az kişi qatıblar bir otağa, bunlar nə danışdı, necə yatdı, necə durdu- bunu Azərbaycana reklam edirlər”.
 *Vitse-spiker Valeh Ələsgərov: "Burda Azərbaycan millətinin mənəviyyatından danışılır. Bu dəyişiklik səsə qoyulub qəbul edilməlidir. Burda ən böyük irad varsa da, mənim iradımdır- "parnaqrafiya" sözü "pa" yazılmır, "po" yazılır".
 *Nizami Xudiyev: "17 yaşında evlənmiş bir nəfər şəxs 35 yaşında olanda 17 yaşında oğlu olur. Belə çıxır ki, ata-oğul ikisi bir yerdə əsgərliyə gedir".
 *Cəlal Əliyev: “Amma burada görün kim, ifritə Fatma indi gəlib Azərbaycanda təhsilin problemlərini həll edir”.
 *Hadı Rəcəbli: “Qonşu Türkiyədə ehsan məsciddə verilir və bu əvvəlcədən elan edilir ki, kasıb adamlar gəlib bu ehsandan dada bilsinlər. Bizdə keçirilən yas məclislərində isə bircə araq çatışmır”.
 *İlham Əliyev rayon görüşlərinin birində: "Biz hətta Ağcəbədini də işğaldan azad edəcəyik!!"

tinsohbeti.blogcu.com

Комментариев нет:

Отправить комментарий