Страницы

25.02.2012

Aliq Nağıoğlunun yeni kitabı işıq üzü gördü

 Fevral ayında “Mütərcim” nəşriyyatında istedadlı yazıçı Aliq Nağıoğlunun “Sital Oyunçu” adlı növbəti kitabı işıq üzü görüb. Topluda 13 hekayə, bir esse və miniatürlər cəmləşib. Kitabda ön söz kimi görkəmli tənqidçi, filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlunun “Yeni dünyanın köhnə yazarı” məqaləsi yer almışdır. Kitabı “Əli və Nino kitab mağazaları şəbəkəsindən və Kitab evi mağazasından əldə etmək olar.
 Qeyd edək ki, “Mütərcim” nəşriyyatı 2010- cu ildə Aliq Nağıoğlunun “Görüş”, 2011- ci ildə “Hekayələr” toplularını nəşr etmişdir.

Комментариев нет:

Отправить комментарий