Страницы

22.02.2012

"Amerikaya ölüm!"

Əfqanıstanda ABŞ səfirliyi müvəqqəti işini dayandırıb; xarici vətəndaşlar küçəyə çıxa bilmir.

Azadxeber.az saytının Reuters- istinadən verdiyi xəbərə görə, Əfqanlar Kabul şəhərinin Xarici vətəndaşlar yaşayan Otelini yandırıblar. Onlar bunu ABŞ əsgərlərinin Qurani Kərimi yandırmasından sonra ediblər. Etirazçıları dağıdmaq üçün polis qüvvələri silahlardan istifadə etməli olublar. Nəticədə xeyli insan yaralanıb və itgilərin də olması qaçılmazdır. Buna baxmayaraq küçələrdə minlərlə insan hələ də etiraz edir və "Amerikaya ölüm", "Allhu Əkbər" deyə şüarlar səsləndirirlər. Fevral ayının 22-si bu hadisələrə əsasən ABŞ səfirliyi müvəqqəti olaraq öz iş fəaliyətini dayandırıb və əməkdaşlara bildirilib ki, evlərindən bayıra çıxmasınlar. Həmçinin digər Xarici vətəndaşlara da bu haqda təlimatlar verilib. Heç bir Xarici vətəndaş küçəyə çıxmağa cürət etmir.

Комментариев нет:

Отправить комментарий