Страницы

28.02.2012

Avtobuslar haqqında yeni qanun


Gülnar Musayeva

Sən demə avtobus haqqında yeni qanun lahiyəsi tərtib olunub da,mənim xəbərim yox imiş.Çox maraqlı,gülməli və qəribə qanundur desəm doğru olar.Qanun haqqında az sonra. Öncə deyəcəklərim yenə fırlanıb gəlib mentaitetə çıxır söhbət. Bu mentaliteti kim yaradıb?Kimdir bunu idarə edən şəxs?Və görəsən mentalitetə nə vaxt yazılıb ki,avtobusda oturmaq üçün hanısısa qanun var?Və o qanun hardadır.Bizim millətdə belə bir fikir varda.Əgər mən gəncəmsə və avtobusa qoca minirsə mən mütləq durmaq zorundayam.

Əks halda sərt baxışlar yadakı tənqid məni onsuzda oturduğum yerdən duruzduracaq.Bəs görəsən bu gənclər yorulmurlarmı?Onların oturmaq hüququ yoxdurmu?Nəyə görə kimsə gələndə durmalıdır ayağa?Yorulmaq üçün qoca olmaq lazımdır görəsən?Bəli əgər sən Azərbaycanda yaşıyırsansa mütləq durmalısan yoxsa eşidəcəyin ilk kəlmə aldığı tərbiyə budurda.Və istər-istəməz adamda qıcıq yaradırlar.Və niyə durmalıyam deyəndə cavabları bu olur cavansız biz sizin vaxtınızda nələr edərdik.Ama gəl indi bunları başa sal.Ay anam ay atam sən sovet dövründə yaşamısan.Çətinlik nədir görməmisən.Özünü niyə bizlərlə müqayisə edirsən.Həm mən nəyə görə kiməsə yer verməliyəm.Babam yaşında bir kişi söz atırsa özünə hörmət etmirsə mən gənc olaraq niyə ona hörmət etməliyəm.İnsan birinci özünə hörmət etsin sonra qarşındakından hörmət gözləsin.Ama bəzən də elə olur ki,yer verirsən səni pərt edirlər sən niyə mənə yer verirsən?Ayaq üstə qala biləcək gücüm var.Qalırsan kimə nə cür yanaşasan.Duranda bir günah durmuyanda bir günah.Qalmışıqda bu mentalitet qocaların əlində.
Mən hətda oğlanların durub qızlara yer verməsinə normal baxmıram.Düzdür hörmət eləməlidir.Ama bu qanun heç yerdə yoxdur.Onlarda bizim kimi tam oturmaq hüquqludurlar.Gender bərabərliyini poza bilmərik.Ama yazıq oğlanlar nə etsinlərki…Oğlanlar durmuyanda qızlar baxışları ilə onların gözünü deşir desəm doğru olar.
Bu movzunu açmaqda səbəbim.O gün avtobusda idim.Bir arvad uşaqla mindi.Məndə elə öz yerimi bir qadına verdim.Bu arvad uşaqla minən ona yer vermədilər deyə çox acıqlı idi.Ondan sonra bir kişi mindi yaşlı idi.Və arvad görəndəki ona yer vermirlər başladı.Bu gənclər tərbiyə görməyib belə-helə.Bir anlıq əsəbləşdim.Məni dahada əsəbləşdirən arvad qayıdıb qışqıra-qışqıra dediki əslində avtobusda oturacaqlar uşaqlar və yaşlılar üçündür) .Vay-vay vay.Sən demə belə qanunda varmış mən necə eşitməmişəm.Ayıb olsun mənə.Bəs dostlar sizin bu qanunda xəbəriniz vardımı?Yoxsa bu qanunu Azərbaycan Avtobuslar Birliyinin qanun kitabçasımı yaradıb.Aman.Məndə çox sual verdim.Ondansa gedim araşdırım.Növbəti postlarda görüşənədək hələlik…

Комментариев нет:

Отправить комментарий