Страницы

25.02.2012

Cəlilabadda perimbel seyidləri xalqın başına oyun açırlar

Şikayət məktubları

Dövlət orqanlarına
Perimbel seyidləri xəstə adamın da son qəpiyini əlindən almağa hazırdırlar, təki varlansınlar, var-dövlət sahibi olsunlar

Bu adamların genetikasında yerli xalq olan türklərə pataloji nifrət var

 Yazıb sizə bildirirəm ki, uşağım debil xəstədir, anadangəlmə bir tərəfi işləmir. Uzun get-gəllərdən sonra TSEK-də ona pensiya kəsdilər, sənədləri təsdiqlənib Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Cəlilabad filialına göndərildi. Ən böyük problemimiz də bu idarədə başladı. Bu idarənin əksər vəzifələrinə rəhbərlik tərəfindən perimbel seyidləri deyilən iudey-semit mənşəlilər yeridilib. Qədim dövrlərdən perimbel seyidləri ancaq “al” işinə baxıblar, “ver”məklə onların arası olmayıb. İndi halalca dövlətin bizə kəsdiyi pulu həmin idarədən ala bilmirəm. ƏƏSMF-nun işçisi, perimbel seyidi Mircəlal Cabbarov həmin pulun mənə verilməsi üçün rüşvət istəyir. Mən özüm ağır yataq xəstəsiyəm, perimbel seyidləri xəstə adamın da son qəpiyini əlindən almağa hazırdırlar, təki varlansınlar, var-dövlət sahibi olsunlar.

 Mircəlal bizə deyir ki, bir neçə ayın pulunu birdən alacaqsınız, həmin puldan bizə nə çatacaq? Sən demə, orta əsrlərdə olduğu kimi, rayon camaatı hər əlinə gələn pulun müəyyən hissəsini seyidlərə verməliymiş, bu bizim “müqəddəs” borcumuzmuş! Rayonda idarə və təşkilatlarında əksər məsul vəzifələrə seyidlər adlanan iudey-semit mənşəlilər doldurulub, onlar da türk mənşəli yerli əhaliyə qənim kəsilib, pul umurlar. Hər hansı bir işi düzəltmək üçün 2, bəzən də 3 seyidin bığının altından keçməli olursan, istənilən arayışı 1, bəzən hətta 3 miri adlanan seyidə qol çəkdirməli olursan. Bu adamların genetikasında yerli xalq olan türklərə pataloji nifrət var. İdarələrdə əhali aylarla süründürülür, aldıqları qəpik-quruşun müəyyən hissəsini perimbel seyidləri adlanan zümrə ilə bölüşməli olurlar. Hal-hazırda perimbellilər Cəlilabadın, eləcə də bir çox digər rayonların başağrısına çevrilib. Rayonda hamı bir-birini başa düşür, yola verir, bircə seyidlər işləyən idarələr əhalini ən çox bürokratik əngəllərlə üz-üzə qoyur. Onlara pul verməyənləri aylarla süründürür, aclıq və səfalətlə sınağa çəkirlər. Xahiş edirik ki, rayon camaatını bu korrupsioner qrupun əlindən qurtarın.
   Seyidlər rayonun başına min cür oyun açırlar. Mən çəlimsiz adamam, ağır yataq xəstəsiyəm, seyidlərin idarələrində nəyə görə günlərlə ayaq döyməliyəm? Ağır dolanışıqlı ailəyik, ərim səfalət içində olduğumuzdan, imkansızlıqdan dözmədi, intihar etdi. 2 uşağı zülümlə böyüdüb ərsəyə gətirmişəm. İndi də seyid zülmü ilə üz-üzə qalmışıq. Neçə ildi gözləyirdik ki, TSEK-də uşağımın xəstəliyi təsdiqlənsin, bir az pul alaq, həmin pula da perimbel seyidləri göz dikib. Xahiş edirəm ki, bizi ölkəmizə Misir çöllərindən tökülüşüb gəlmiş bu ünsürlərdən qurtarın, Mircəlal Cabbarov kimilərə öz yerini göstərin, seyidləri özlərinə münasib işlərlə təmin edin. Həmin vəzifələrə öz xalqını sevən və qayğısına qalan Azərbaycan oğulları təyin olunmalıdır.

Abdinova Sevda

 Yazıb sizə bildirirəm ki, 4 ildən çoxdur ki, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin Cəlilabad rəhbərliyi məni ələ salmışdır. Xahiş edirəm kömək edin, sənədlərimi hazırlayıb təqdim etsəm də bürokratik əngəllərə görə bu idarədən sosial yardım ala bilmirəm. İlk dəfə sənədlərimi təqdim edəndə qəbul etdilər, lakin 3 aydan sonra bildirdilər ki, sənə imtina yazılıb. Həmin idarəyə gəlib dedim ki imtina kağızımı verin səbəbini bilim. Məlum oldu ki, heç bir imtina-zad yazmayıblar, sadəcə məni ələ salırlar. 5 ildir ki, evlənib ayrı təsərrüfat olmuşam. Kasıb, uçuq bir kümədə qalıram. Yolum yox, işığım yox, su yox, qaz yox, gəl indi yaşa görüm necə yaşayırsan! Eşidəndə Rusiyada, İranda, rəhmətlik Qəddafinin vaxtında Liviyada kasıblara necə qayğı göstərirlər, adam təəccüb qalır. Bizdə isə kasıbı ələ salırlar. Heç bir yerdə işləmirəm, iş yoxdur. Ağır maddi vəziyyətlə üz-üzəyəm.
   ƏƏSMM-dən mənə deyirlər ki, yaşadığın həyətin torpaq şəhadətnaməsi yoxdur. Tək mən deyiləm, yeni evlənənlərin 80 faizinin torpaq şəhadətnaməsi yoxdur. Azərbaycan kəndlərində real vəziyyət belədir. Bunların deməyindən belə çıxır ki, biz yardımı ancaq kasıbların 3 faizinə verəcəyik, qalanları acından ölsə də ölsün. Bakıdan gələn yeni təlimata o qədər arayış, sənəd salıblar, belə çıxır ki sosial yardımı ancaq evinin pasportu olanlar ala bilər. Bu cür bürokratik əngəllər qəsdən yaradılır ki, əhali daha böyük çətinliklərlə üzləşsin, get-gəllərə düşsün və məcbur qalıb bunlara rüşvət versin. Rayon mərkəzinə gedib gəlməkdən bezmişəm. 4 ildən çoxdur ki, Cəlilabad filialına gedib gəlirəm, süründürülürəm. Bələdiyyə mənə torpağımla bağlı zəbt kağızı verib, onu da təqdim etmişəm, lakin məhəl qoyan, problemimizə diiqqət ayıran yoxdur. Rüşvət tüğyan edir. Çox adamdan 3 ayın pulunu alırlar, sonra ona sosial yardım kəsirlər. Hər gün ƏƏSMM binasının qabağındayam, çoxlu adam yığışır, bütün danışılanları eşidirəm. Bəzilərinə açıq-aşkar deyirlər ki, 4 ayın pulunu ver, sosial yardımını düzəldək. Mənə isə xəbər göndəriblər ki, nə az-nə çox, gəl 50-nin 50-yə razılaşaq, yəni alacağının yarısını bizə ver, sənin sosial yardımını yoluna qoyaq. Alacağım 1 ilin sosial yadımının 6 ayını ƏƏSMM Cəlilabad filialının rəhbərliyinə verməliyəm. Bunu Allah götürərmi? Xahiş edirəm ki, bu zülmə, soyğunçuluğa son qoyasınız.

Cəfərov Qafar

 2011-ci ilin əvvəlindən Cəliliabad Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə sosial yardım almaq üçün müraciət etmişəm. Gəlib yerində yoxladılar, dedilər ki, 70 manat sənə pul veriləcək. Yəni mənə sosial yardım qanunla düşür. Lakin hələ də bu idarədən pul ala bilmirəm. Sonradan gedib yoxlatdırdım, məlum oldu ki, hansısa qaranlıq səbəblərdən mənə imtina yazıblar.
   Böyük bir ailənin dolanışığı məndən asılıdır. Həyat yoldaşım, qızım, oğlum, gəlinim və iki uşaq mənim öhdəmdədi. Yoldaşım ağır xəstədir, öd kisəsi kəsilib götürülüb, dava-dərmana pul tapa bilmirəm. Heç bir yerdən qazancım yoxdur və ola da bilməz, çünki respublika əhalisi acından ölür, heç yerdə pul yoxdur. Mən hal-hazırda olduğum faciəli durumu Cəlilabad Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə başa sala bilmirəm, xahiş edirəm siz başa salın. Əhalini acında qırmaq olmaz. Rüşvətxorluq baş alıb gedir. Sosial yardım almaq üçün 3-4 ayın pulunu tələb edirlər. Əgər belə deyilsə, onda aydınlaşdırın görün ƏƏSMM Cəlilabad şöbəsi nəyə görə bir ildir ki, mənə qanuni düşən pulu vermir?

İmanov Elman

 Yazıb sizə bildiririk ki, ünvanlı sosial yardım almaq üçün sənədlərimizi Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etmişik. Lakin bizə imtina yazıblar, səbəbi də budur ki, guya texnikamız var. Bizim ailəmizin başçısı, rəhmətlik Yusif Məmmədov traktorist idi, ailəmizin üzvləri Samiq və Elşadın traktor remontundan başı çıxır, odur ki kənd camaatının xarab olmuş texnikasını qapımızda remont edərək 5-3 manat çörək pulu qazanırlar. İndi ƏƏSMM həmin texnikanı bizim adımıza çıxır. Sənədə qalanda ailəmizin adına heç bir texnika, maşın yoxdur. İmkansızlıqdan iki qardaş ailəsi bir evdə məskunlaşmışıq. Qoca xəstə ana, Samiqin 3 nəfərdən ibarət ailəsi, Elşadın 4 nəfərdən ibarət ailəsi zülm-əcrə ilə bir həyətdə yaşayırıq. Heç bir yerdən gəlirimiz yoxdur, ümidimiz oğullarımızın remont etdiyi texnikadan gələn beş-üç manatadır. Necə olur ki imkanlı adam 3 aylığını, 4 aylığını ƏƏSMM rayon rəhbərliyinə verib özünün sosial yardım sənədlərini təsdiqlətdirir, bizim kimi həqiqi kasıblar rüşəvət vermədiyinə görə əsir-yesir qalır? Müxtəlif bəhanələrlə bizi başlarından edirlər, çünki Məmmədov Samiq bəri başdan onlara bildirmişdir ki, sizə qara qəpik də verən deyiləm. Bir ildən yuxarıdır ki, sənədləri vermişik, iki dəfə imtina olunub. Bu idarənin Cəlilabad şöbəsinin rəhbəri perimbel seyididir, öz yaxın qohumlarının hamısına qanunsuz yollarla sosial yardım düzəltdirib. Niyə rayonu bu cür adamların əlinə veriblər, baş aça bilmirik. Camaat ƏƏSMM yollarında əsir-yesir olub, gedib-gəlməyə və digər xərclərə külli-miqdarda pulumuz çıxıb. Bildiririk ki, bu qanunsuzlara son qoyulmasa və bizə sosial yardıma görə süni maneələr aradan götürülməsə xarici ölkələrə müraciət edib yardım istəyəcəyik, çünki başqa yolu yoxdur, güzəranımız günü-gündən pisləşir. Əvvəllər sosial yardım düzəltmək üçün ƏƏSMM Cəlilalabad filialının rəhbərliyi 3 aylığını bəri başdan istəyirdi, indi iştahaları daha da qalxıb, 4 aylığını istəyirlər. Dövlətimizdən soruşuruq ki, niyə xalqı bu cür soyğunçularla üz-üzə qoymusunuz? Xahiş edirik ki, bürokratik əngəllərin aradan götürülməsinə və ailəmizə sosial yardım verilməsinə köməklik göstərəsiniz.

Məmmədovlar ailəsi

Комментариев нет:

Отправить комментарий