Страницы

24.02.2012

İstedadlı şair Emin Piri Salam Sarvana və Ramiz Rövşənə şeir yazdı


SALAM SARVANA
(parodiya)

Dərdi hədiyyə verməzlər,
bə sənə nə alım gözəl.
Dünənləri dəfn olunan
Altıgünlük sevgimizin
yasına nə alım gözəl?!

Pərvanə kimi dolanım,
dönüm evinin başına.
Tök ətəyindən daşları,-
salma Eminin  başına.

RAMİZ ROVŞƏNƏ


Ay işığı kimi işığın düşmür,
Sənin kölgən düşür burda hər şeyə.
Şəhərin mərkəzi küçələrinə,
Kənd qırağındakı evə-eşiyə.

Kölgən olmasaydı mənim üstümdə,
Bəlkə də mən çoxdan ölmüşdüm indi.
Hələ ki qovulur ilan balası,
Necə ki dəridən, qabığdan çıxır
Çıxıb vardan-yoxdan ölmüşdüm indi.

Bəlkə kölgən düşər gələcəyimə,
Məni ömrü boyu qoruyar kölgən,
Hər gün pillə-pillə üzü yuxarı,
Əlimdən yapışıb sürüyər kölgən.

Təzə sarayların fundametini,
Uzanan kölgəndə qazalar sənin.
O biri dünyada yaxşı bir yerə,
Əmrimi kölgəndə yazalar sənin.

Emin Piri

Комментариев нет:

Отправить комментарий