Страницы

26.02.2012

Kəramət Böyükçölün "Çöl" romanından


Zaman dayı hörüklənmiş day kimi yerində vurnuxdu.
-Aaz mənə deyin görüm abort nədi dana! Bu xəstəlik adamın ürəyində olur, başında olur? Boynumun dalı ağrıyır, bəlkə mənimki də onnandı!
Züleyxa xala gördü ki, Zaman əl çəkən deyil. Durub onun qolundan yapışıb yavaşca qulağına dedi:
-O xəstəlik qadının yuxa yerində olur.
-Qaşınmadı?
-Yox, burda deyiləsi döyül, yanımızda qız uşaları var.
Gördü ki, əri it milçəyi kimi bu sözdən əl çəkən deyil. Ona görə də zaman dayını kənara çəkdi. Məsələni başa saldı. Səkil məsələdən duyuq düşüb bir-iki ağız hürdü. Elə bil uşaq ölümünə hürdü Səkil.

Zaman dayı hirsləndi. Uca səslə dedi:
-Ayıb olsun Koroğluya!
Səkil yenə onu müşayət etdi.
Ona görə dəlilərinin sayı azalıb, arvadları bala vermir dana. Ona görə ermənilər torpaqlarımızı alır dana.
Babam onun sözünü təsdiqlədi:
-BİZ UŞAĞI ÇIRAQLA GƏZİRİK, BUNLAR İŞIQDA ÖLDÜRÜRLƏR.


Комментариев нет:

Отправить комментарий