Страницы

27.02.2012

Səni sevməyə qorxuram


Emin Piri  

SƏNİ SEVMƏYƏ QORXURAM, ALLAH!

Döyülməyə qapım yoxdu,
Özüm özümü döyürəm.
Sözüm ağzımda döyülür,
…Döyənə də baxan yoxdu.
Sözü qorxudurlar,
Allah!

Ürəyimi oyan oydu,
Bizə qalan elə yoldu.
Qəbrimi də qazan yoxdu,
Ölməyə qorxuram,
Allah!

Kimi sevdim dönük çıxdı,
dönüklərim yaman çıxdı.
Mələk sevdim
şeytan çıxdı,
Səni sevməyə qorxuram,
Qorxuram,
Allah!

ZARAFAT

Gülümsə,
təbəssüm sənə yaraşır,
yaraşır, gülüm.
Gəl bir az güldürüm səni.
Qoy, ölüm səninçün
Sonra
Başdaşıma yaz:
Bu da bir zarafatdı!

ATƏŞKƏS

İyirmi illik
köhnəlmiş sözlərlə
başladı
televiziya
xəbər başlıqları:
atəskəs pozulub...

düşmən susduruldu.
mərmilərə
atılan
Ana fəryadıyla.

Комментариев нет:

Отправить комментарий