Страницы

20.02.2012

Son 1 həftədə tutulan dindarların siyahısı

Yəhudi genosidi davam edir!

Saxlanılan dindarların hamısının haqqında tam olaraq məlumat əldə etmək olmayıb

1. Mehdi Məmmədov. “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham edilir.

2. Asəf Əliyev. Gəncə ruhanisi. Onu Dövlət Yol Polisinin əməkdaşları saxlayıb. Gəncədəki Nizami Rayon Polis Şöbəsinə aparılıb. Ruhani xuliqanlıqda ittiham olunur. Asəf Əliyevə 2 aylıq inzibati həbs cəzası verilib.

3. İlqar Əyyubov. Cəlilabad rayon ruhanisi. Ötən həftə cümə namazından sonra Cəlilabad polisi və Milli Təhlükəsizlik Nazirliyi Cəlilabad şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb. Hələ də polisdə saxlandığı deyilir.

4. Hacı İlham Əliyev. Bakının Binə qəsəbəsində yaşayan ruhani. Saxlanılması haqqında heç bir məlumat əldə etmək olmayıb. Saxlanılmasının səbəbi göstərilməyib.

5. Niyazi Kərimov. Azərbaycan İslam Partiyası Baş Məclisinin üzvü, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun qardaşıdır.

6. Elburus İbadov. Bakının “Papanin” adı ilə tanınan məhəlləsinin sakini. Onu fevralın 16-da Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. Fevralın 20-də Bakı İstintaq Təcridxanasına köçürülüb. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb.

7. Zöhrab Quliyev. Sumqayıt şəhər sakini. 30 yaşı var. Onun üzərindən “Naqan” tipli tapança və 7 ədəd güllə aşkar edilərək götürülüb. Zöhrab Quliyevin yaşadığı evə baxış keçirən əməliyyatçılar qumbara və müxtəlif çaplı güllələr aşkar ediblər.

8. İlham Ələkbərov. Azərbaycan İslam Partiyası üzvünun qardaşıdır.

9. Seymur Zeynalov. Yasamal rayonunda yaşayan dindar. Üzərindən 6 ədəd patronu olan 7,65 mm kalibrli tapança aşkarlandığı deyilir.

10. Hacı Əliyev. Onu Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinin əməkdaşları saxlayıb. Üzərindən 3 ədəd patronu olan “Makarov” tipli tapança götürüldüyü deyilir.

11. Abdülfəz Bünyadov. Jurnalistdir. Çox sayda dini siyasi məqalələrin sahibidir. Uzun müddət "İslam Həqiqətləri" qəzetində çalışmışdır. Son zamanlar azad şəkildə məqalələr dərc edib. Nardaranda aptekdə işləyir.

12. Anar Bayramlı. “Fars” xəbər agentliyinin Azərbaycan Respublikasındakı müxbiri. İranın “Səhər” telekanalı ilə də əməkdaşlıq etdiyi deyilir. Onun üzərindən 4 qram heroin aşkarlandığı deyilir.

13. Ramil Dadaşov. İranın “Səhər” telekanalının Azərbaycandakı nümayəndəliyinin sürücüsü. Sumqayıtda saxlanılıb. Həbsin səbəbi bilinmir. Həbs olunan dindarların sayının daha çox olduğu deyilir.

14. Ceyhun Həbibov Sədərək ticarət mərkəzində işlədiyi məkandan mülkü geyimlilər tərəfindən aparılıb. Haqqında məlumat yoxdu.

Xəbərdən istifadə zamanı Xeber44.Com saytına istinad vacibdir ...!

3 комментария: