Страницы

01.03.2012

87 yaşlı qoca


Elgün İbrahimli

Yazmağa başlayanda 87 yaşı vardı.Bilmirdi nədən ,necə yazsın ? 87 ili necə köçürsün səhifələrə. Başlamaq hər zaman asan olub,elə o asanlıqla başlamışdı məktəbə. Ağlamırdı,qısınmırdı anasına,elə bil bilirdiki orda öyrəndiyi düz 87 yaşında lazımı olacaq...

Bitirə bilməmişdi amma məktəbi.9-cu sinifdə oxuyanda atasın müharibəyə apardılar,anasıda xəstə zavallının bir idi.Başladı yükün altına girməyə,hər gün atasnın qayıdacağı,yenidən məktəbə dönə biləcəyi ümidi ilə elə hey işləyirdi..Qayıtmadı atası,ölmüşdü.Elə anasıda çox yaşamadı..Atası onun həyatını dəyişmişdi,tam başqa yerdə tapməşdı özünü.87 yaşında anlamışdı ki,əgər bir insanın həyatını dəyişdirəcək iqtidarda deyilsənsə,nə etsəndə boşdu.Təskinliyi oğluydu,oxutmuşdu onu,indi də yaxşı yerdə işləyib hər ay 10 min lari maaş alırdı.Elə ona da pulu oğlu verirdi.Bütün pula kağız alıb 2 cümlə yazıb atırdı,nəyinə lazım pul? Gündə bir dəfə yemək yeyirdi ki,öləndə də nəfəs darlığına düşməsin.İçmirdi də heç,1 siqaret yandırıb 1 saat öskurub yazırdı elə hey,amma hər nə qədər yazsada sonda ona qalan 2 cümlə olurdu.. Bəzən eyni gündə 2 vərəqdə yazdığı üst-üstə düşmürdü,tam ayrı-ayrı mövzulardan yazırdı,gah ilk sevgisindən,gah da sona çatdıra bilmədiyi sevgisindən.hərdən öz arvadından da yazırdı.10 il əvvəl ölən arvadının üzün unutmuşdu çoxdan.Hər dəfə yadına düşəndə təəssüf keçiridi,axı niyə sona çatdıra bilmədi ? niyə ilk özü ölmədi.Bəlkə də qorxusundan az-az yazırdi ki,birdən yazısıda ondan tez bitər.Xoşlamırdı səhv yazdığı vərəqi cırmağı,heyidə yoxuydu heç,hər gecə həmin gün o tapdığı 2 cümləni  əzbərliyib yatırdı. Tələsirdi ölümə,ölmədikcədə,hər səhər gözünü açdıqcada əsəbləşirdi,87 yaşlı qoca kişinin əsəbləşə biləcəyi qədər... Əsəbləşdikcədə sevinirdi,düşünürdüki yaşlı kişidi əsəb onu öldürər. Özü kimi ölümə tələsən birini daha görməmişdi. Niyə ölmək istəyirdi,heç onuda bilmirdi.Bəlkə də son dərdi yazısından tez bitmək idi. 3 il 3 ay 3 gün keçmişdi yazıya başlayandan, 90 yaşını haqlamışdı artıq,yazıda bitirdi yavaş-yavaş,87 ilini 5-10 səhifəyə köçürə bilmişdi.Bütün yazdığında əzbər bilirdi,hər gecə əzbərlədiyi 2 cümlələrdən ibarət idi yazdığı.Sonu yox idi yazının,yaza bilmirdi,sonlandıra bilmirdi..Onda anladıki,yazılarda həyat kimidi,sonunu gətirmək,layiqli bitirmək o qədər çətindiki..
Hər gecə yazdığı 5-10 səhifəlik yazını təkrar-təkrar oxuyub,sonra qucaqlayıb yatırdı.Artıq səhər tələsmirdi ölümə,qorxmurdu yazının ondan tez bitməsindən,hiss edirdi ölümü.Tələsirdi yenə,ölümə yox,yazını bitirməyə.Doğmaydı o 5-10 səhifəlik cızma-qara ona,oğlundan sonra yaratdığı 2ci şey idi o.Sonu gətirmək yenə problem idi,anladı ki son məhz onun ölümüdü.Artıq əmin idi yazının ondan tez bitməyəcəyinə.Heç yazıda tələsmirdi..uzanırdı uzandıqca.87 illik ömürün qaranlığında gizlənən nə qədər incəliklər varmış,ilahi..Nə qədər ağırmış,bu qocanın həyatı.Ölümünü də hiss etmişdi elə bil,ta məktəbdə ilk hərifi öyrəndikdə bir gün ona lazım olacağını bildiyi kimi.87 il ona lazım olmayan hərflər,bir gün ən böyük işinin memarı oldu.Yenə yarımçıq qalacaqdı işi,təhsili,xoşbəxtliyi kimi..Bitirdi yazını,qucaqladı və öldü.

Комментариев нет:

Отправить комментарий