Страницы

28.03.2012

Arxivlərdə başqa şeylər

Emin Piri


Kirlənmiş azadlıq


Bu gün ekranda
Azadlığa susamış
Liviya səhraları...


Din qardaşımız Ərəblər
“babam mənə kor deyib”
qırırdı bir-birini.
Zəncirlərini qırmış qullar kimi
öz qanlarında yuyurdular
azadlığın kirini.

Süngüyə yeriyənlər
laxlatdı taxtları tətikdən qabaq.
...qanla təmizlənirdi
Mazutlu pullara bükülmüş torpaq.


Çobanyastığı

Sevgilər nə qədər kiçilib Allah?!
Ürəklərin sevib-sevmədiyini
təsdiq eləyirlər notariusda.
Nikah kağızına köçürülür qəlb.
Möhürlər həqiqi,
təsdiqlənən – QƏLP!


40 il qadınıyla yaşayan kişi,
yalqız gecələrə sığınan kimi
elə ürəyinə deyir:
Sevir ya sevmir?!
Çobanyastığının ləçəklərini
Hələ soyur bir-bir:
Sevir ya sevmir?!


Sevdiyini bilsə, neyləyəsidi?!–
Xəyyallar içində yorulmuş ömrün,
bir də ki sahmansız ev yiyəsidi.


Məhəbbət sayılır möhürlü kağız,
sevgi hislərindən yalanlar doğur.
Ölüm kağızıdı nikah kağızı-
uca sevgiləri bələkdə boğur...



Sergey Yeseninə


Eşitdim gəlibsən Azərbaycana,
Gəlib buralarda kef eləyibsən.
Ancaq arxivlərdə başqa şeylər var,-
Yazıblar...
...bir azca səhv eləyibsən.


Gördük ki, yaxşıca yeyib-içənsən,
həm də dediyindən dönən deyilsən.
Köhnə arabada fırladıb səni
Iran əvəzinə sırıya bildik
Bakı qırağında Şağan kəndini.


...Şehli çəmənlərdə gəzə bilmədin,
“Şaqanım, Şaqanım” yazdın qum üstdə.
Sənə bel bağlamaz çarşablı xanım,
Uzağı bir qurtum sərin su verər...

Комментариев нет:

Отправить комментарий