Страницы

26.03.2012

Əfşar Süleymaninin döyülməsi yalan çıxdı


Əfşar Süleymani: “Azad Adıgözəlli ilə dostyana mübahisəmiz olub”


Azad Adıgözəlli: “Əfşar Süleymani ilə sadəcə mübahisə etmişik” 


Ötən gün modern.az saytına istinad edən musavat.com saytı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ilə bağlı xəbər yayımlayıb: “İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Son vaxtlar öz davranışları ilə insident yaradır. Bir müddət öncə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti zamanında baş nazir işləmiş Pənah Hüseynlə ANS telekanalındakı debatda insident yaşayan Əfşar Süleymani indi də eks-prezident Əbülfəz Elçibəyin keçmiş mühafizəçisi ilə dava-dalaşa tuş gəlib. Konkret desək, Əfşar Süleymani döyülüb. Bu barədə modern.az saytına keçmiş mühafizəçi Azad Adıgözəlli özü məlumat verib. O, qeyd edib ki, Əfşar Süleymani bir məclisdə Türkiyənin qurucusu Kamal Atatürkü təhqir edib”. 

Xəbəri aydınlaşdırmaq üçün adıçəkilən hər iki nəfərlə telefon əlaqəsi saxladıq. Əfşar Süleymani Azad Adıgözəlli ilə sadəcə dostyana mübahisə etdiyini bildirdi: “Azadla heç bir davamız olmayıb. Bizim çox yaxın münasibətimiz var. Sadəcə siyasi mövzuda mübahisə etmişik. Bilmirəm, bu mübahisəni şişirdib “dava” halına salıb təbliğ etmək kimin işinə yarıyır, bu kimin sifarişidir. Sadəcə mən Azada bir azərbaycanlı yazarın Atatürklə bağlı dediyi bir fikiri söylədim. Bu fikir də Azad bəyə xoş gəlmədi. Biz mübahisə etdik”.
Azad Adıgözəlli isə ümumiyyətlə, heç bir sayta və ya qəzetə dostu Əfşar Süleymani ilə etdiyi mübahisə haqqında məlumat vermədiyini dedi: “Biz Əfşarla mübahisə etdik. Mübahisəmizə də səbəb onun Atatürklə bağlı bir fikir oldu. Amma mən Əfşar Süleymaniyə əl qaldırmamışam. Biz vuruşmamışıq. Elə bir az öncə telefonla danışırdıq, çox yaxın münasibətimiz var”.
Yergəlmişkən, Əfşar Süleymani Kamal Atatürkə çox böyük sayğısı olduğunu bildirdi: “Atatürk çox böyük lider olub. O, məhvə sürüklənən, dağılmış bir ölkədən Türkiyə boyda dövlət yaratdı. Hər zaman Atatürkə böyük sayğım olub və həmişə də olacaq”.


http://qafqazinfo.az 

Комментариев нет:

Отправить комментарий