Страницы

25.03.2012

İstəklərim sən biçimdə

Осенние слезы АВТОРСКАЯ АНИМАЦИЯ MIRA1
GÜNAY ƏLƏKBƏRZADƏ

İTİRDİM  QORXULARIMI

Qorxularımı tərəziyə
qoydum yenə -
Bir gözünə də Səni...
Əvvəllər bərabər
gələrdi çəkiniz...
Sənin ağırlıqda idi
qorxularım...
Demək –
Qorxurdum Səni
itirməkdən...
Amma indi...

Sən olan gözü
Yerə dəydi tərəzinin –
Sən ağır gəldin...
Qorxularım havada qaldı...
Səni itirmək qorxusunu
itirdim, demək...
Amma...
Tərəzinin ağır gözündən
götürüb Səni
Daşımalıyam –
Bəlkə bir ömür boyu...
Evə kimi daşısaydım
Nə vardı?..
Aradabir yerə qoyub Səni
dincimi alardım.
Aylarca daşımışam
qorxaraq Səni,
Gücsüz ürəyimin
son qüvvəsiylə...
Qorxmuram artıq!
İtirməyin qarşısına keçib
Hisslərimi atmayacam
Ayaqların altına!
Bəlkə Səni itirməkdir
Allahın məsləhəti!
Yıxacağam hər şeyi
Taleyimin boynuna,
İlk dəfə günahsız
Mən olacağam!
Daha daşımayacaq Səni
zəif ürəyim!
Bundan gözəl
nə var ki?..
Niyə qorxum ki?..
Uzaq başı mən əvvəlki
Mən olacağam –
Sadəcə, ümidsiz,
arzusuz, xəyalsız,
istəksiz və Sənsiz!..
Sonra...
Özüm çıxacam
Tərəzənin gözünə -
Tərəzinin
digər gözünə
nə qoyursansa – qoy,
Yenə də yüksəkdə
Sən olacaqsan!..

YENƏ

Yenə doğulmayan şeirlərim tək
İçimdə aramsız var-gəl edirsən.
Bəlkə sevmədiyim yazılarım tək
Haçansa ataram, itib gedərsən.

Yenə də səbəbsiz yaxşılıq təki
Ünvansız çıxaram qarşına bir an.
Sağ çiyndə oturan mələyin kimi
Birə yüz yazaram savablarından.

Yenə istəklərim sənin biçimdə
Sarıb vücudumu sözsüz şeir tək.
Həsrətli bir baxış qaldı içimdə
Deyə bilmədiyim kəlmələrim tək.

Yenə Səndən keçib Sənə gələrəm
Sonunda çataram günah həddinə.
Qorxuram axırda əsir düşərəm
Sənin qollarının əsarətinə…

“SƏN”lər

Sən-
duymamazlıqdan gəlib
içimdə boğmağa
çalışdığım
sevda hıçqırtılarımsan...

Sən-
körpə bir uşağın
yuxudaykən
səbəbsiz gülümsəməsi,
ağlarkən
gözlərində sıralanan
məsum göz yaşlarısan...

Sən-
şəkillərdə belə
göz-gözə gəlməkdən
çəkindiyim
ən mərhəm duyğularımsan...

Sən-
hələ doğulmayan
şeirlərimdə
artıq yer almış
qəhrəmanımsan...

Sən-
gələcəyi olmayan
bir keçmişin
həyatımda
ömür boyu
buraxmış olduğu
bir izsən...

Sən-
ilin dörd fəslində
yaşamağa
məcbur olduğum
payız libasına
bürünmüş
baharımsan...

Sən-
ürəyimdə belə
yerinə heç kim
qoya bilmədiyim
birisən...

Sən-
aldandığım
batil inanclarım,
yorulduğum
“bəlkə”lərimsən...

Sən-
yağış yağarkən
hər damlasına
toxunduğum
pəncərəmə qonan
yağış damcılarısan.
Günəş çıxdıqdan sonra
buxarlanırsan...

Sən-
gündəliyimin səhifələrində
saralmağa
məhkum olunmuş
cansız sətirlərimsən...

Sən-
ağlarkən
əllərimi yumruqlayıb,
dişlərimi dodağıma sıxıb,
dırnaqlarımla ovcumu,
dişlərimlə dodağımı
qanatdığım
tək səbəbimsən...

Sən-
qışda harasa gedərkən
soyuq bir qartopunun
qəfildən üzümə
çırpılışısan...

Sən-
ölümə məhkum edilmiş
bir məhbusun
ürəyində qalan
son arzususan...

Sən-
ünvansız bir qatarın
içində gedərkən
arxasınca
“Əlvida” deyən
əllərimsən,
Bir daha geri
dönməyəcəksən!..

ZAMANIN  DOLDU

Sənin həvəsinə kökləndi sevgim,
Yox olub itəndə uydurdum Səni.
Əlində çərpələng oldu ürəyim,
İstədiyin səmtə uçurtdun məni.

Qüruba enmisən özgə könüldə
Daha mənim üçün doğmayacaqsan.
Madiyyata döndün daha gözümdə
Kasıb ciblərimdə olmayacaqsan.

SOYUQLUQ

Bu tənha otaq tək soyuyub əlim
İsti çay – çörəkdə soyuqluğun var.
Səninlə üşüyür öz hərarətim,
İçimdə, çölümdə SƏNSİZLİYİM var.
***
İpisti paltarda üşüyür əynim,
Sənsizlik geyinib libas yerinə.
Məni isitməyir soba da neylim?
Sənin soyuqluğun hopub əynimə.
***
Üçüncü fəslimdir Səninlə Sənsiz,
Üç fəsil soyuq qış yaşamışam mən.
Bəlkə də iqlimdir dəyişib səssiz,
Sən də mənim kimi bərk üşüyürsən.
74957170_rozuy_na_klaviature (600x450, 51Kb) 

Комментариев нет:

Отправить комментарий