“Hazırda İranla həmsərhəd rayonlarımızda xüsusi adamlar var ki, onlar bu ölkəyə xəstələrin aparılması işini təşkil edir. Belə şəxslər İran tərəfdə də mövcuddur. İran astaralısı olan Hüseyin Həmidnicat belə şəxslərdəndir”
Azərbaycandan İrana keçmək üçün viza maneəsi aradan qaldırıldıqdan sonra get-gəl xeyli çoxalıb. Həm Astara, həm də Biləsuvar gömrük keçid məntəqələrində hər gün 100-lərlə insan o taya keçir. Sərhəd keçid məntəqəsində, xüsusən Astarada bu səbəbdən çox halda insanlar saatlarla keçid xəttində qalırlar.
Astarada bu ləngimələrə səbəb yerli, əsasən də qadın alverçilərin üstünlük təşkil etməsidir. Bu qadınlar saatla keçid məntəqəsində gözlədikdən sonra İrana keçir, bazarlıq edib elə eyni gündə geri qayıdırlar. Qadınlarla söhbətdən belə məlum olur ki, bu bazarlıq hesabına yaxşı qazancları olur. Bu mövzu bir qədər başqadır. Əsas məsələ İrana gedənlər arasında milli xəstələrimizin də üstünlük təşkil etməsidir. Gömrük əməkdaşları dəfələrlə keçid məntəqəsində yeni nizam qaydaları tətbiq etsələr də burada həmişə gedişdə basabas olur. Xəstə piyadaların xüsusi gediş xətti olsa da, burada da özbaşnalıq hökm sürür. Əslində bir az sorğu apardıqda təəccüblü mənzərə yaranır. Bunu bilmək üçün əlində xəstəlik kağızları olan insanları və onların vəziyyətini müşahidə etmək kifayətdir. Bəli, bu gün camaatın çoxu şəfa tapmaq üçün İranı seçir. Bu məsələdə səbəb çoxdur. Ən əvvəl nə üçünsə elə İrana ayaq basanda qəriblərə verilən ilk sual bu olur “doktora gəlmisiz”. Sorğu-sualdan məlum olur ki, bizim xəstələrin bir qismi yerli həkimlərin qorxulu diaqnozlarını dəqiqləşdirmək üçün İrana keçir. Nəticədə, çox insan sevindirici xəbərlərlə geri dönür. Özəl xəstəxanalardan birində işləyən xanımın sözlərinə görə, bu tibb müəsisəsində yaxınına Hepatit B virusu diaqnozu qoyulsa da, Təbrizdə müayinənin nəticəsi neqativ çıxıb. Başqa bir xəstə isə eyni diaqnozla İrana getdiyini amma eyni nəticəylə qayıtdığını bildirir.

Əslində yerli həkimlərimiz durduğu halda saatlarla yol qət edib İrana getmək insanda səbr tələb edir. Amma bu bir də xəstələri Azərbaycanda aparılması mümkün olmayan (transplantasiya-orqan köçürülməsi əməliyyatları, ağır ürək, beyin əməliyyatları) bəzi əməliyyatlar üçün o taya keçməyə məcbur edir. Bir də bu ölkədə son illər çox nadir halda xəstəyə neştər vurulur, başqa sözlə burada qarnı yarılana rast gəlmək mümkün deyil. Həkimlər xəstənin çıxılmaz, gecikmiş vəziyyətində köhnə üsul əməliyyatlardan istifadə edirlər.
Astaralı qadın Almazla söhbətdə məlum oldu ki, son bir neçə ildə astaralılar təkcə İrana onun tibbinin inkişafı üçün yox, eləcədə orada xəstəyə çəkilən xərcin az olduğu üçün gedirlər. Yəni problemi olan hamilə qadını belə orada müalicə etdirmək, sərhədin o tayının bir neçə kilometr¬liyində həkimlə məsləhətləşmək adi hala keçib.
Azərbaycan xəstələrin yerli-yersiz İrana üz tutmasının əsas səbəblərindən biri orada müayinə, müalicə, eləcə də ən çətin əməliyyatların çox ucuz (bizdə təklif olunan məbləgdən 2 qat az) başa gəlməsidir. İran tərəfdə də bu səbəbləri axtarmaq daha doğru olardı.
Hazırda İranla həmsərhəd rayonlarımızda xüsusi adamlar var ki, onlar bu ölkəyə xəstələrin aparılması işini təşkil edir. Belə şəxslər İran tərəfdə də mövcuddur. İran astaralısı olan Hüseyin Həmidnicat belə şəxslərdəndir. O, Azərbaycanın İranla sərhəd rayonlarının birində yaşayan dayısıyla birgə “iş” görür. Onun sözlərinə görə, dayısı xəstələri toplayır, Hüseyin isə onları öz maşını ilə sərhədin bu tayına keçirir. Əvvəllər aptek işi ilə məşqul olan Hüseyin indiki vasitəçilik “iş”inin həm gəlirli, həm də xeyirxah iş olduğunu bildirir. Onun sözlərinə görə, İranda da yerli pulu, məkanı tanımayan gəlmələrin nabələdliyindən istifadə edən fırıldaqçılar var. “Bir ilə yaxındır bu işimdə mənə etibar edən insanlarla heç bir problemim olmayıb.” Hər ay İrana 4 reys (7-8 xəstə olmaqla) azərbaycanlı xəstə gətirdiyini deyən müsahibim, həkimlərlə görüş, əməliyyata qədər bütün işlərə özü¬nün nəzarət etdiyini bildirir. Hətta xəstələrə bələdçilik missiyasını layiqincə yerinə yetirdiyi üçün onun bu fəaliyyəti barədə Ərdəbilin kanallarında dəfələrlə süjetlər də hazırlanıb. Orada azərbaycanlı xəstələrin vacib və çətin əməliyyatlarının kadrları da yayımlanıb.
Hüseyin Həmidnecatın sözlərinə görə, onun xəstələri arasında xərçəng, Hepatit B, C, böyrək çatışmazlığı, mədə, qadın xəstəlikləri olanlar çoxluq təşkil edir. Elə onun növbəti xəstə qrupundan olan Elçinin xərçəng diaqnozu ilə İrana gəldiyi, lakin müayinədən sonra onun bu xəstəliyin heç hüceyrəsini belə daşımadığı aşkar olunub. Hüseyin belə faktları deməklə azərbaycanlı həkimlərin nüfuzuna xələl gətirmək məqsədinin olmadığını da xatırladtı. “Sizin də savadlı mütəxəssisləriniz var, bu barədə məlumatım var. Sadəcə onların bir yerə cəm olunması lazımdır”.
Azərbaycanda yaxşı mütəxəsislərin olması fikrini cənublu soydaşımız olan həkimlərin də dilindən eşitmək olar. Misal üçün, İranın nüfuzlu klinikalarının birində işləyən cərrah G.Salamzadə Azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq etdiyini deyir. “Sadəcə sizin bir qisim həkimləriniz xəs¬təyə diaqnoz qoymaqda tələsirlər. Bir də tibbi texniki aparatlarla davranışda boşluqlar, mütəxəssis çatışmazlığı mövcuddur”. Cərrah bu qənaətə Bakıda olarkən gəldiyini bildirdi.
Digər ərdəbilli soydaşımız olan dermatoloq, plastik cərrahiyə üzrə mütəxəsis H.Ədyanı isə Azərbaycanda dərman bazarına nəzarətin olmadığını, əksinə İranda farmakologiya sahəsində ciddi nəzarətin hökm sürdüyünü qeyd etdi. “Mənim azərbaycanlı xəstələrim oradan aldığı dərmanları da gətirirlər. Eyni adlı dərmanı bizdəkiylə müqayisə etdikdə çoxlu fərq ortaya çıxır. Misal üçün, eyni həbdən Bakıda 5 dəfə istifadə edirsə, İrandan aldığından 1-2 dəfə istifadə etməsi məsləhət görülür”.
İranda dərmanların çox hissəsi ölkənin özündə ya yerli, ya da xarici xamaala əsasən istehsal olunur. Xaricdən gələn məhsullar arasında tibbi, parfümeriya vasitələri çoxluq təşkil edir. Dərmanların qiyməti də bütün insanların istifadəsi üçün münasib qiymətlərədir.
Aptekdəki farmaçepin bir maraqlı fikri də diqqəti cəlb edir. “Azərbaycandan gələnlər ən sa¬də dərmanları - ağrıkəsici, sakitləşdirici vasitələri qutularla alıb aparırlar. Deyirlər ki, sizin dərman¬lar daha təsirlidir.”
Yeri gəlmişkən, hazırda Bakıda da İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin “İran Klinikası” fəaliyyət göstərir. Bu klinikada xəstələrin bəzi hallarda məsləhətlə İrana aparılmasını təmin edirlər. Xəstəxananın daim xəstə qaynaması yuxarıda sadalanan səbəbləri bir daha təsdiqləyir.
P.S. Sadalananlarda məqsəd İran tibbini tərifləmək yox, mövcud olan reallığı bir daha Səhiyyə Nazirliyinin diqqətinə çatdırmaqdır.
Sağlamlıqlarına düşkün cənublular
Bu təəssurat xarakterli qeydləri etmədən olmaz. İranda bizim soydaşlarımız, eləcə də oranın əhalisi sağlam qidalanmaya üstünlük verirlər. Bunu belə izah etmək olar. Bizim hər metro başında fast-food yeyildiyi halda, orada hər addım başı duru xörək, şorbaların verildiyi kafelərə rast gəlmək olar. Duru xörəyin insana nə qədər xeyirli olması isə hər kəsə məlumdur. Bəlkə bu səbəbdəndir ki, burada mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən azdır.
Bundan başqa xüsusi kafelərdə ilin mövsümünə uyğun təmiz meyvə şirələri təqdim olunur. Küçədə qaynadılmış yumurta, çuğundur, kartof satılması və yeyilməsi isə adi haldır. Kiloyla satılan (yumurta da kiloyla satılır) göyərtinin alıcısı isə həddindən artıqdır. Mətbəx mədəniyyəti və zən¬ginliyindən kasad olsa da, o tay mədəsinə gedən hər nəsə onun qiymətini yaxşı bilir. Bu isə qip¬tə olunacaq xüsusiyyətdir.
Raminə Eyvazqızı qafqazinfo.az
Комментариев нет:
Отправить комментарий