Страницы

03.03.2012

Zeynəbin "track"i

Xuraman HÜSEYNZADƏ

“Prezident Ilham Əliyev Azərbaycanda vətənpərvər, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi məqsədi ilə gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də onların ölkəmizin təbliğinə yönəldilmiş layihələrdə daha da geniş iştirakının dəstəklənməsi üçün Gənclər və İdman Nazirliyi yanında Gənclər Fonduna Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayırıb.” Ömrümdə belə uzun cümlə oxumamışdım. :)))

Xub, ayırıb, sağ olsun ki, gəncləri yada salıb. İndi xəlqimiz zikr edir ki, əcəba, bu pulları kimlər “yeyəcək”? Düşünmürlər ki a, bu pullar necə xərclənəcək, bunun sərfiyyat mexanizmi necə olacaq? Ata canı, bunu düşünən yoxdu...

Bizim məmur camiəsinin gözü İlham Əliyevin əlinə, büdcənin cibinə dikilib. Ki, Əliyevin sağ əli nə vaxt bir “pullu” fərman imzalayacaq, biz də o fərmanın yazıldığı kağızı pulqarışıq basıb yeyəcəyik. İndi böylə bir fürsət ələ düşmüşdür. Nə az, nə çox, düz 5 milyon. Ye ki, yeyəsən. Sonra da Hacıbalanın asfalt çəkməsi sayaq, yalandan bir hesabatdanmı deyim, mətbuat konfransındanmı deyim, keçirib deyəcəklər ki, bu pullar filan-filan yerlərə sərf olundu. Artıq Azərbaycan gənci çox xoşbəxt həyat sürür, “Toy olsun”a, “Onun yarısı”na-filana çıxan yoxdu, gənclərin evlənmək, ailə qurmaq problemi də həll olunub. 

Və budur, artıq Azərbaycan gənci bütün gün Zeynəbin “Dünyanın xoşbəxti mənəm dünyada” “track”ini dinləyir... 

Bir-iki dənə də Fərid Şahbazlıdan-zaddan çıxardıb intervü alacaqlar ki, bəli, biz həqiqətən də Zeynəb Xanlarovanın həmin “track”inə qulaq asır, xoşbəxt, firəvan həyat yaşayırıq. “Vsyo”, “Naxçıvanda problem-zad qalmayacaq”,-Rafael demiş.
Ona görə də əziz əyninə geyməyə şalvar ala bilməməyi sorun bilib evlənməyən oğlanlar, cehizi olmadığını əsas gətirib ərə getməyən qızlar bunların 5 milyonunundan gözünüzü çəkin. 

5 milyon bunlar üçün heç nədi: bunun Milanda alış-verişi var; Antalyada, Havay adalarında istirahəti, Uludağda xizək sürməyi var; “kitay” kərtənkələsinin dolmasını, yapon milçəyinin ləvəngisini yeməsi var və s. və ilaxır. İlaxır dedim, yadıma ilaxır çərşənbəsi, ondan sonra gələn Novruz bayramı düşdü. Əziz gənclər, yaxşısı budur, bunun, yəni bayramın hayına qalın. Qovurğadan-zaddan qovurub, səməni cücərdib bayramı qutlayın.

O pulu dədəsinin malı kimi basıb yeyəcək olanlara isə bəri başdan bu xalqın bir gənci kimi “halallıq” verirəm: 

BURNUNUZDAN GƏLSİN!!!

Комментариев нет:

Отправить комментарий