Страницы

13.04.2012

Analoqu olmayan inkişaf

Alı Vüsal
Professional Oxucu Liqası

“O kitabdan cəmi 2 nüsxə çap edin- biri özü üçün, biri yenə də özü üçün!”

 İndi hara baxırsan “halal filan şey”, “halal bəhmən şey”... Bu halallığın da “dili” var elə bil. Mən bu barədə çox fikirləşmişəm. Hara gəldi “halal, halal” yazmaqla halalçılıq olmaz. Halallıq “dili” də o biri fırıldaq dillərin bir şivəsidir. Biz nə qədər halal Azərbaycan yaratmamışıq, halal deputat, halal icra başçısı, halal hakim deməyə dilimiz gəlmirsə, hamının alnına halal yazsan da, dəxli yoxdur.

Yoxsa halal dükan, halal şirkət, halal pendir!.. Ay hay! Sabah da yazacaqlar halal araq, halal siqaret... Adam var pencəyinin arxasına yazır kompüter ustası, kafel ustası. Belə getsə, bir də görəcəksən ki, kürəklərinə yazıblar halal yaltaq, halal iş verən, halal evyıxan.  Sonra canım sizə ərz eləsin, bir dil də var, deyirlər ki bu quş dilidir, onu Süleyman bilir ancaq. Bunu şairlər uydurub, qardaş. Daha doğrusu, keçmişdəki əsl şairlər. Yoxsa, indikilər... Baxırsan, şeirinə söhbət yoxdur... Yazanın “şəxsiyyətinə” nəzər salırsan, təpədən-dırnağa qədər yaltaq, müti, itaətkar... Hakimiyyətə xoş gəlsin deyə, istənilən haqq deyəni dimdikləməyə hazırdırlar. Hətta bizim uşaqların söz çələngi kitabı haqqında yazdığımız rəyə də mız qoyanlar tapılmışdı. Guya, o yazıda bəzi yazarları təhqir etmişik. Ay balam, başçınız rayonunuzda yüzlərlə ağacı vəhşicəsinə qıranda, yüzlərlə insanın keçdiyi küçələri xaraba günə qoyanda, 2 parkda bir ayaqyolu düzəldə bilməyib veteranları gülünc vəziyyətə salanda, sahibkarı haqq vermədiyinə görə gözümçıxdıya salanda bəs bu xalq təhqir olunmurdu? Niyə susurdunuz onda? Xalqın dərdinə yanıb haray çəkmək əvəzinə, hakimiyyətin qoltuğunda isti yuva axtarırdınız? İndi “dövlətli evin gəlini” kimi boy-boya düzülmüsünüz. Bu zamanda zurnaçı da, balabançı da özünü yazıçı kimi təqdim edir. Stalin belələrindən birinin kitabını çap etməyə rəy verəndə yazmışdı ki, bu kitabdan cəmi 2 nüsxə çap edin- biri özü üçün, biri yenə də özü üçün. Ay əlinə dönüm a!
 Dərdimiz böyükdü, saymaqla qurtaran deyil. Onsuz da kitab-dəftər çoxdan itib. Əvvəllər deyirdilər, ataların yolu oğulların yoludur. İndi deyirlər, qayınataların yolu olub gəlinlərin yolu. Eşidirsən ki bir məktəb direktoru işdən çıxır, dalıyca eşidirsən ki onun yerinə gəlinini gətirirlər. Sel demişkən, əcəb epoxaya düşdük!
 Bizimki özümüzü də, başqalarını da aldada-aldada “kommunizmə” getməkdir. Göydən bizi seyr edən olsa, deyər bunlar bəxtəvərdir- hər yerdə çal-çağır, fəvvarələr, dəstə ilə domino oynayanlar, cayxanada nərd vuranlar, “ToPaz”da variant fırladanlar,.. qısası, fransız xalqı keyf edir. Badenbauzenin mavi gecələri! Amma qəzetləri açmağını görürsən- ata oğulu, qardaş bacını, ər arvadını öldürüb. O gün oxuyuram ki əmioğlu əmioğlunu 30 manatın üstə yortub. Öldürmək nədir e... Son vaxtlar elə “inkişaf “etmişik, başını kəsirik, tikə-tikə doğrayırıq, qoşa-qoşa, ana-bala birlikdə öldürürük. Kriminal xəbərlərə baxmaqdan qabaq gərək validol içəsən.
 Bu cür təhsil, bu cür tərbiyə üsulu olan yerdə, mal-qara alverçiləri təhsilə rəhbərlik edəndə, ildə 17 mindən artıq nikahdankənar uşaq doğulanda tay nə gözləyirsən ki? İndi gör onların içindən nə qədər vicdandankənar, ləyaqətdənkənar, qeyrətdənkənar... yetişir. Allah axırımızı xeyir eləsin!
гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки),долбоеб,fail,машина,водитель,курьёз

Комментариев нет:

Отправить комментарий