Страницы

09.04.2012

«AZƏRSUN» YAĞLARININ SİRRİ

«AZƏRSUN»UN YAĞLARININ SİRRİ
UKRAYNADA İSTEHSAL OLUNAN TƏRKİBİ NAMƏLUM YAĞI BAKIDA SADƏCƏ QABLAŞDIRIRLAR


Bir müddət əvvəl PİA.AZ-a «Azərsun» şirkəti haqqında daxil olan məlumatda bildirilirdi ki, şirkətin istehsal etdiyi yağ məhsulları ilə ölkədə istehsal olunan və ölkəyə daxil olan soya məhsulları arasında yerdən göyə qədər fərq var. Belə ki, «Azərsun» şirkətinin yağ istehsalı ölkəyə daxil olan və ölkədə əkilən soya bitkiləri məhsullarından ən azı on dəfə artıqdır. Bu zaman ortaya təbii sual çıxır. Bütün Azərbaycanın soya yağlarına olan ehtiyacını təmin edən, Azərbaycan qida bitki yağı bazarında inşisarçı olan, bundan başqa İraqa, Əfqanıstana, Suriyaya, hətta Türkiyəyə bitki yağlaır ixrac edən «Azərsun» şirkəti xammala olan ehtiyacını hardan ödəyir.

Bu barədə PİA.AZ-ın apardığı araşdırma ortaya maraqlı nəticələr çıxarıb. Belə ki, Ukraynadan aldığımız məlumata görə «Azərsun» şirkətinin xammala olan ehtiyacı məhz bu ölkədən ödənilir.
Mənbə bildirir ki, «Azərsun» şirkətininə yağlar hazır vəziyyətdə 300 litrlik çəlləklərdə daxil olur. Azərbaycanda isə hazır məhsul qablaşdırılır. Həmin yağlar isə Ukraynadakı şirkətlərin birində istehsal olunur.
Bu yağın tərkibi isə çox maraqlıdı. Ukraynadakı mənbənin bildirdiyinə görə «Azərsun» yağları dörd xammaldan hazırlanır. Bu xammallara 15-20 faiz həcmində soya yağları, 10 faiz həcmində neft məhsulu, 60 faiz Ukraiyna meşələrində bitən bir ağacdan əldə olunan yağ, 10-15 faiz isə nojd adlı heyvanın yağından ibarətdir. Bu yağların birləşməsindən məhz məşhur «Azərsun» yağları hazırlanır.
Qeyd edək ki, Ukraynada Azərsun üçün yağ hazırlayan şirkətin adı bizə məlumdur. Bizə məlumat verən mənbə daha geniş araşdırmalarını bir neçə gündən sonra PİA.AZ-a təqim edəcək. Araşdırmaların aparılmasına manelərin ola biləcəini nəzərə alaraq hələlik həmin şirkətin adını açıqlamırıq. Araşdırmalar başa çatdıqdan sonra təbii ki, həmin şirkətin adını oxucularımıza açıqlayacağıq.

Комментариев нет:

Отправить комментарий