Страницы

24.04.2012

“Cavabını verməsəm ölləm”


Lalə Mehralı “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Lalə Mehralı.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Peşəmlə.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Jurnalist.

- Dost…
- Bəzən kürəkdən bıçaq saplayan, bəzən arxayınlıqla kürək çevirəcəyin adam
.


- İlk sevginiz?
- Oğlumun atası.

- Əsas ixtisasınız?
- Jurnalistika
.

- İstifadə etdiyiniz nəqliyyat növü?
- Adətən avtobus, metronu sevmirəm.

- Sevdiyiniz maşın markası?
- Çoxunu tanımıram ki.

- Sevdiyiniz brend?
- Brend tutqum yoxdu, yaxşı olan hır şeyi bəyənirəm
.

- Sevdiyiniz saç düzümü?
- Uzun və dalğalı saçlar (amma mən uzun saxlaya bilmirəm)
.

- Sevdiyiniz rəng?
- Qırmızı.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Almaniya, Berlin.

- Sevdiyiniz yemək?
- Ətsiz yeməklər
.

- Ən çox istifadə etdiyiniz söz?
- “Altay, sakit ol”

- Leksikologiyanıza yad olan söz?
-
Alınma sözlər.

- Sizi nə həyacanlandıra bilər?
- Romantik filmlər, dedektiv əsərlər.

- Ən çox sevdiyiniz kitab?
- Bütün dedektivlər, sevgi və macəra romanları.

- Ən çox sevdiyiniz yazar?
- Çingiz Abdullayev, Aqata Kristi.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Qədir Rüstəmov.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Həzin və sakit bütün musiqiləri sevirəm.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Məncə yox, adi insanam. Amma mənfi enerji yayan adamları hiss edə bilirəm.

- Mənfi xüsusiyyətiniz?
- Əlbəttə var, heç birimiz mələk deyilik. Səbrsizəm.

- İdeal insan necə olmalıdır?
- Biz ideal insan görməmişik axı, təsvir etmək asan deyil.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Xeyr
.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Avtobusda şoferin kobudluğu (cavabını verməsəm ölləm), gənclərin ictimai yerdə saqqız çeynəməsi, mənim sahəmdən xəbəri olmayıb yazdığıma irad tutanlar.

- Həyat fəlsəfənizi ifadə edin.
- Yaxşıların yaxşısı olmaq (işimdə).

- Siz xoşbəxtsinizmi?
- Maddi planetdə xoşbəxtlik olmur.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Məncə yox.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Yüz ölçüb bir biçmək həmişə lazımdır.

- Ölüm niyə ölmür?
- Ölümün özü yeni həyatdır, demək ki, o da yenidən doğulur.

- Dinlərə münasibətiniz?
- Deistəm, Tək Tanrıya inanıram.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Ən ağrılı yerim mənfi enerjilərdir, onlarsız bir həyat gözəl olardı.

- Falçıya inanırsızmı?
- İnanmıram
.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Heç biri, ikisi də duyğusuz olmaq deməkdir.

- Sevinciniz nə qədərdir?
- Maddi planetin izin verdiyi qədər.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- İnsanlığına.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Qədərində.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Çay sevmirəm, daha çox kofe sevirəm, üzməyi isə heç bacarmıram.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- İkisi də gözəldir, bacarana əlbəttə.

- Mənə sualınız.
-
Yaman tez-bazar oldu bu müsahibə, hara tələsirsən?))

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий