Buxarin, Trotski kimi İblispərəstlərin Azərbaycandakı tərənnümçüsünə az qala çevrilmişdi...
Stalin yəhudi mənşəli menşevikləri - masson düşüncəliləri və İblispərəstləri darmadağın edəndən sonra hər şey dəyişdi...
Dünən bir maraqlı virtualdaşımla qəribə bir e-polemika aparırdıq və o söhbətin bir yerində qardaş qayıtsın ki, bəs bilirdiz Hüseyn Cavid Bəhai inancı daşıyıcısı idi?
Ateist olduğumu söyləyib, bunun mənim üçün o qədər də əhəmiyyət kəsb eləmədiyini bildirdim...
- Necə yəni, istənilən qələm adamının dinə münasibəti, inanc yolu və ilahi elmlərlə tanışlığı onun yaradıcılıq kriteriyalarını istiqamətlədirir.
- XIX əsrin sonu, XX yüzilliyin əvvəllərində kapitalist və neftqoxulu Bakıda dünyanın aparıcı qüvvələrinin maraqları toqquşurdu. Çar Rusiyasının iflas etdiyi yerli dini baxışlarla yanaşı İranın şiə, Osmanlı Türkiyəsinin sünni, İngilis və Rusiyanın xaçpərəstliyi ilə yanaşı, yəhudi və protestant, katoliklərin, eləcə də kosmopolit ateistlərin güclü təsiri hiss olunmağa başladı. Hətta Mirzə Kazım bəy kimi alimin özü belə katolikliyi qəbul etdi, sinəsinə xaç asdı...
- Mirzə Fətəli Axundov ateist, Əli bəy Hüseynzadə Osmanlı və başqa yazarlar müxtəlif dini təriqətlərə sığınıb cəmiyyətdəki dorğunluğa etiraz - protest etməyə başladılar...
- Nağıyev kimi pullular Bəhai dini inancını qəbul edəndən sonra, bir çox ziyalı və intellektuallar da o dövr üçün İslam protestanlığı rolunu oynayan bu təriqətə qoşuldular, hətta əsərlərində də bunu təbliq edirdilər...
- O dövrdə hətta masonlar və İblisə sitayiş edənlər də öz mövqelərini gücləndirmişdilər...
- Hüseyn Cavidin "Şeyx Senan" səhnə əsərindəki Quranı Bibliyaya dəyişən, namazı sevgiylə əvəzləyən, hətta sinəsində xaç gəzdrən, eləcə də Allahın murdar saydığı donuz otaran obraz yaratmaqla məgər universal din sayılan Bəhaizmi təbliğ eləmirdi?
- Yeri gəlmişkən, Cavid əfəndi inanc baxımından da Bəhai idi və ideyası maraqlıydı: "Mənim Tanrım - Gözəllikdir!.."
- Sonrakı dövrdə, xüsusən də sovetlərin ilkin vaxtlarında bəhaizm zəiflədi və ictimai-mədəni düşüncəmizdəki o boşluğu ateizm ilə masonluq tutdu. O dövrdə nəşr olunan əsərlərə baxın, əksəriyyətində İblisə sitayiş və dinsizlik idi. Məsələn, Mixail Bulqakovun "Master (Ustad) və Marqarita" romanı kimi əsərlərdə biz bunun əyani şahidi oluruq. Stalin yəhudi mənşəli menşevikləri - masson düşüncəliləri və İblispərəstləri darmadağın edəndən sonra hər şey dəyişdi...
- Cavid əfəndi də "İblis", "Xəyyam", "İblisin intiqamı" kimi möhtəşəm əsərlərində mətnaltı İblispərəstliyi təbliq edirdi... "Xəyyam"da şərabı xristianlıqdakı kimi az qala Tanrının qanı kimi təsvir edir, İblisnamələrində isə İblis ideyasının və obrazını o qədər gözəl təsvir edir ki, gəl görəsən, Tanrı lap kölgədə qalır...
Bu yerdə mən dözmədim və söhbəti yarımçıq kəsdim... Düşüncəmə görə həmsöhbətim nə qədər ağıllı adam olsa da, intellekti qaynayır artıq, sevdiyim dahi sənətkara iftiralar atır...
Daha sonra mənə yenə sərsəmləmələrindən göndərirdi:
- Bəs niyə Hüseyn Caviddən də çox Musavatçı olanlar sağ qaldı, amma Cavidi güllələtdi sovet hökuməti: Buxarin, Trotski kimi İblispərəstlərin Azərbaycandakı tərənnümçüsünə az qala çevrilmişdi...
Sual etdim: Axı "İblis" 1918-ci ildə qələmə alınıb?
- Nə olsun, elə o dövrlərdə də masonlar bolşevik və menşevik qiyafəsində Azərbaycanı dağıtmaqla məşğul idi və ilk əvvəl ziyalılardan, şairlərdən başladılar. Kim onların sözü ilə otrub-durmurdu, fiziki cəhətdən aradan qaldırırdılar, ya da olmazın iftiralar yağdırıdılar ünvanına...
- Xəbərin var ki, Məhəmməd Hadi onların toruna düşməyən tək-tük sənətkarlardan idi və elə aradan qaldırdılar ki, heç izi-tozu da qalmadı... Sabiri niyə vərəmləyib öldürdülər, Mirzə Cəlil niyə qaçdı Təbrizə, Əhməd Ağaoğlu, Əlibəy Hüsenzadə niyə Türkiyədən sığınacaq aldılar?..
Tez soruşdum: İndi nə demək istəyirsən ki, səndən başqa ağıllı və məlumatlılar yoxdur ki, bu bilgiləri paylaşsınlar?
- SSRİ vaxtı sovetlərə sərf etmirdi bu cur həqiqətlər, sonralar Hüseyn cavidin qohum-əqrabaları və yerliləri hakimiyyətdə idi deyə kimsə bunları açıb-ağartmağa cürət eləmirdi, indi isə qlobal mason qüvvələrinə gizlinlərinin faş olması sərf etmir?
Bu yerdə artıq səbrim tükəndi və söhbəti bağlamaq üçün İnternetimi qapatdım!
P.S. Həqiqətin bir üzü olmur, insanların sayı qədər çaları ola bilər deyə, bu maraqlı, qalmaqallı polemikanı ədəbi-mədəni ictimaiyyətin öhdəsinə buraxıram! )))
Комментариев нет:
Отправить комментарий