Страницы

11.04.2012

Dayə seks tələsində öldü


Evlərində çalışan dayəyə narkotik maddə verərək onu huşsuz hala salan, sonra isə dəfələrlə təcavüz edən ailə qurbanına vəhşicəsinə əzablar verib.


Heroinin dozası həddən ziyadə olduğundan ürəyi yatan dayə qızın cəsədi isə sonradan şəhər kənarında basdırılıb.
Milli.Az "Daily Mail"ə istinadən bildirir ki, ABŞ-ın Yuta ştatında qorxunc cinayətin qurbanı olmuş 16 yaşlı Aleksis Rasmussenin ölümü ilə bağlı məhkəmə prosesi başlayıb.

Solt-Leyk-Siti şəhərində yaşayan, körpələrə dayəlik etməklə cibxərcliyi pulu qazanan Aleksis bir müddət əvvəl itkin düşmüşdü. Polis onu xeyli arayandan sonra 16 yaşlı qızın cəsədi şəhərin kənarındakı meşədə tapdı.
Qız qətlə yetiriləndən sonra basdırılmışdı.
Polis onun dayəlik etdiyi ailələrdən biri tərəfindən qətlə yetirildiyini güman etdi və təhqiqat başlandı.
Bir qədər keçdi, məlum oldu ki, 16 yaşlı qız öldürülməzdən əvvəl dəfələrlə təcavüzə məruz qalıb, üstəlik, ona heroin verilib.
Axtarışlar nəticəsində Aleksisin körpə uşağa dayəlik etdiyi ailədə, ər-arvad Erik və Di Millerberq tərəfindən öldürüldüyü məlum olub.
Məhkəmə iclası zamanı ifadə verən Di ərindən boşanmaq istədiyini deyib.
"Aleksisi yaxşı tanıyırdıq. Həmin gün bizdə idi. Narkotik maddə istədi, verdik. Sonra da cinsi əlaqədə olmaq istədiyini dedi. Yataqda huşunu itirdi. Mən də ərimlə siqaret çəkmək üçün çölə çıxdıq. Evə qayıdıb yataq otağına girəndə gördük ki, Aleksis artıq ölüb", - 39 yaşlı Di deyib.
Dinin dediyinə görə, 2011-ci ilin sentyabrından etibarən Aleksis onun qızlarına dayəlik edib. Qadın onu da vurğulayıb ki, Aleksis əvvəllər nəşə çəksə də, sonradan metamfetamin və heroinə keçibmiş.
İki qız anası Di qətlə yardım etməkdə suçlanır. Onun əri, 36 yaşlı Erik isə yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqə, həddi-büluğa çatmamış şəxsə narkotik maddə vermək və adam öldürməkdə ittiham olunur.

Комментариев нет:

Отправить комментарий