Mən çiskinli payızam, sənsə günəşli bahar
Vaxtsız açan çiçəyi şaxta vurar, qar vurar
Yalanlarla dolu bu dünya bizi ayırar
Gəl vaxtında son qoyaq bu sonu yox sevgiyə
Bu ömür-gün yolunda qovuşmamız imkansız
Bir gülüb, bir sevinib danışmamız imkansız
Közü sönmüş ocağıq -alışmamız imkansız

Durmuşuq səninlə mən yol ayrıcında indi
Bir ulvi məhəbbətin ehtiyacında indi
Səni gördüm ,qəlbimdə bu köhnə nəğmə dindi-

Mən bilirəm ,qəlbindən hələ silinməz izim
Bu da bir nagıl olsun -alması ikimizin
Bir az mənə qulaq as ,agillı ol ,əzizim

Комментариев нет:
Отправить комментарий