Страницы

16.04.2012

“GMO məhsullar”ın acı fəsadları... Körpələr arasında əlillik faizi artır

“Azərbaycanda 0-3 yaşlarında anadangəlmə əlil uşaqların sayının 2011-ci il üçün 37 faiz artmasında bir neçə faktor ola bilər”. Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bir il üçün statistik göstəricilərin bu qədər artmasının səbəblərini izah edərkən deyib.


Komitə sədri: “Səbəbi biz də axtarıb tapmaq istəyirik”


“Əvvəlki illərdə 600-800 qramlıq uşaqlar yaşamırdılar. Amma bu gün tibb elmi elə inkişaf edib ki, artıq bu cür uşaqlar da salamat qalır. Lakin belə uşaqlar sonradan qüsurlu ola bilərlər. Bundan əlavə, anadangəlmə hemofiliyalı, talassemiyalı insan nikaha girərkən, bu ögey faktor olduğu üçün onun da hesabına ola bilər”.

Komitə sədri digər tərəfdən əlil uşaqların artmasına səbəb kimi valideynlərin günahkar olduğunu deyir. “Valideynlər uşağa baxa bilmir. Bu gün bizim qızlarımız 20 yaşında ərə gedir, amma bilmir analıq nədir, uşağa necə baxa bilərlər. Vaxtilə qaynana var idi, gəlinə köməklik edirdi, uşağa baxırdı və bu problemlər yaranmırdı”.
Əlil uşaqların sayının artmasında müxtəlif səbəblərin olduğunu deyən Hadı Rəcəbli “biz də istəyirik ki, o səbəbləri axtarıb qanunumuzda təsbit edək və qanunla həmin məsələlər yola düşsün” deyə vurğulayıb.
“Ümumilikdə burada səbəblərdən biri kimi ərzaqlar, ekologiya və ya statisikada bu faktorların göstərilməməsi ola bilər. Ola bilsin ki, bu rəqəmlər uzun müddət statistikadan gizlədilib və yenidən bərpa olunub. Faiz göstəricisinin artması o demək deyil ki, həkimlər pis işləyir, əksinə, həkimlərin işi son dövrlərdə işi bir az da canlanıb, yaxşılaşıb, aşkarlanma çoxlalıb”.


Ekspert: “GMO-məhsulların ixracı dayandırılmalıdır”


Əlil uşaqların faiz göstəricisinin artmasında genetik modifikasiya olunmuş (GMO) məhsulların rolunun olub-olmamasına gəlincə isə Milli Məclisin Aqrar siyasət komitəsinin eksperti Zahid Abbasov bunu mümkün sayır.
“Ümumiyyətlə genetik modifikasiya olunmuş məhsulların respublikaya daxil olunmasının qarşısını almaq üçün bir neçə qanunumuzda müddəalar var. Məsələn, “Toxumçuluq haqqında” qanunda, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda var və bu ilin fevral ayında qüvvəyə minmiş “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun da göstərilib ki, həmin genetik modifikasiya olunmuş orqanizmlər, genetik maddələr ölkəyə gətirilə bilməz, qadağandır. Və orada daha bir maddə var ki, sərhəddəki gömrüklər də yoxlamalar aparmalı və əgər bu cür məhsullar varsa, onlar qanunvericilikdə nəzərdə tutulan qaydada geri qaytarmalı, ona uyğun hərəkət etməli və ölkə daxilində hərəkətinə yol verməməlidirlər”.


“Laboratoriya verin....”


Lakin Z.Abbasov qeyd edib ki, ölkədə bunu yoxlamaq üçün nə laboratoriya, nə də hazırlıqlı kadrlar var.
“Təzə-təzə yaratmaq isrtəyirlər, amma bir-iki laborotoriya ilə bu əmələ gəlməyəcək, ona görə lazımdır ki, bir neçə laborstiya yaradılsın. Və eyni zamanda məhsulları ölkəyə idxal edənlərə tapşırılmalıdır ki, o cür tərkibində olan məhsulları gətirməsinlər. Eyni zamanda gətirdikləri məhsulun üzərində markirovka olmalıdır ki, bu məhsulun istehsalında genetik modifikasiya olunmuş orqanizmlərdən və ya onların törmələrindən istifadə olunub, ya olunmayıb”.

Zahid Abbasov qeyd edib ki: “Təəssüf ki, buna heç kim əməl etmir və həmin məhsullar ölkəyə necə illərdir daxil olur. Bu da artıq görünür öz təsirini göstərir. Ona görə bu genetik modifikasiya olunmuş məhsulları öyrənmək üçün laboratiyalar yaradılması və mütəxəssislərin hazırlanması lazımdır”.


Aytən ƏLİYEVA

Комментариев нет:

Отправить комментарий