Страницы

26.04.2012

GÜLƏR ƏHMƏDOVA TÜRKİYƏ TELEVİZİYASINA MÜSAHİBƏ VERDİ

24 Aprel günündə millət vəkili erməni yalanlarını bir daha ifşa etdi

Xəbər verildiyi kimi, Aprel ayının 23-də Türkiyənin İstanbul şəhərində Azərbaycanın İstanbuldakı baş konsulluğunun və “Türkiyə Azərbaycan Kültür və Egitim Vakfı”nın birgə təşkilatçılığı ilə Xocalı soyqırımı barədə hazırlanmış filmin təqdimat mərasimi keçirilmişdir. Tədbirdən öncə Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova Türkiyənin “Bengü Türk” kanalına müsahibə vermişdir. Müxbirin suallarını cavablandıran Gülər Əhmədova ermənilərin tarix boyu yalanlar üzərində özlərinə “tarix” qurduqlarını, zaman-zaman qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürdüyünü bildirmiş və XXI əsrdə də Ermənistanın terrorçu siyasətini davam etdirdiyini söyləmişdir.

Gülər Əhmədovanın sözlərinə görə, Rus İmperiyasının tarix boyu boyunduruğuna çevrilən ermənilər Azərbaycana sığınmış, sonradan ərazi iddiaları ilə çıxış etmiş və Azərbaycanın dədə-baba torpaqlarında özlərinə dövlət qurmuşlar. Amma bu iddialar yenə də tükənmək bilmir. XX əsrin ikinci yarısında Avropada Türk diplomatlarının qətlə yetirilməsi və “Daşnakstyun” terror təşkilatının fəaliyyəti ermənilərin xislətini və məkrli siyasətini bir daha ortaya qoyur.
Gülər Əhmədovanın sözlərinə görə, “Dənizdən dənizə böyük Ermənistan” xülyası ilə yaşayan Ermənistan dövləti bu iddiaları rəsmi şəkildə də ifadə etməkdədir. Ermənistan konstitusiyasında Türkiyəyə ərazi iddiaları açıq şəkildə əks olunub, Ermənistanın dövlət gerbində Türkiyəyə məxsus Ağrı dağının təsvir olunması və uşaq qatili Serj Sarkisyanın erməni tələbələrə “Qarabağı biz aldıq, Ağrını də siz alın” deyə müraciət etməsi artıq işğalçı siyasətin dövlət səviyyəsində yürüdülməsindən xəbər verir.
Türk mətbuatına müsahibəsində millət vəkili Gülər Əhmədova bütün Türk dünyasına xitab etmiş və Azərbaycan-Türkiyə diasporunun birgə fəaliyyət göstərməli olduğunu və günbəgün erməni yalanlarının ifşa edilməsinin zəruri olduğunu bildirmişdir. Gülər Əhmədovanın sözlərinə görə, artıq bugün bütün dünya oyanıb, ermənilər və erməni lobbisi əvvəlki kimi fəaliyyət göstərə bilmir, erməni yalanları ayaq tutub yeriyə bilmir: “Çünki, Azərbaycan və Türkiyə çox güclənib. Həm siyasi, həm silahlı qüvvələr baxımından biz artıq çox güclüyük. Havadarları olmasa, erməniləri qısa zaman ərzində yerində otuzdura bilərik. İnşallah, Türkün gücünü bütün dünyaya göstərəcəyik. Ulu Öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı artıq günümüzün reallığıdır!”

musavat.com

Комментариев нет:

Отправить комментарий