Страницы

17.04.2012

Mehdi Əzimi. Dördlüklər.

gözünü hayata açdığın zaman
yaşam geri dönüb gedirdi hara
hər nəden xəbersiz kəhliklər kimi
insanlar başların soxmuşdu qara

açdılar üzünə yaşam qapısın
düşünə bilmirdin heç nə anda
zorla qutladılar doğum gününü
çarəsizdir anan səni doğanda

qaranlıq dünyanın hakimi olmuş
sanki öldürüblər göyün alahın
sönübdür günəşin isti nəfəsi
yandırır şəhəri tək sənin ahın

məndə sənin kimi yalnızam indi
boşalıb əllərim ürəyim kimi
qan damır gecələr röyalarımdan
dostlar bıçaqlayan kürəyim kimi

çoxunu sevər kən sevişdim ama
sevişmək anların izi silinməz
yaşam tüm yüzünü göstərib mənə
daha kimsə məni daşıya bilməz

qoxla bu dnyanın tüm pisliklərin
zülmətin bağrını birliktə yaraq
sizin ölkənizdə sevişmək yasaq
bizim ölkəmizdə ... yasaq

hələlik bərdə tək damğalanmışıq
satdıllar satıldıq nədəni bəlli
minlərcə nəsimi soyuldu ancaq
dəli dümrülündə bağlıdır əli

ağaç öz içindən qutlanar ama
burda göz önündə yaşayır bir qurd
bizlərə güc verib dayanmaq üçün
iki ayə oxuyur dədəmiz qurqut

deyirsən gəl yaxın ağlaşaq biraz
quduzmuş dünyanın gələcəyinə
burax üzülməyi qulaq as deyim
yaman günün ömrü az olur yenə

"hələdə hələdə bizim yerlərdə
sadə insanların andı çıraqdır
xalqın arasında kəndidə şəhərdə
muqədəs yerlərin adı ocaqdır"

Комментариев нет:

Отправить комментарий