Страницы

05.04.2012

Odda doğuş


Xosrov Barışan

YAŞAYIŞ

Çeşit-çeşit
  Doğuldum baxışında,
         Yaşadım gözlərində...
Sadəcə
 Qocaldım baxışımda,
         Öldüm gözlərimdə... 

ODDA DOĞUŞ

Mən səni
 Gözlərimin yağmurunda yumuşam.
Ürəyin
  Sarsıntılı tərpəmində
     Sənfonivi dinləmişəm.

Ahımın aylasında,
  Dodağımın çövrəsində
                  Rəsm etmişəm.
Uşaqlığın
   ((Qalx ayağa qalx,
              Kimi sevirsən
                 Al yanıva bax...))
                           Oyununun hay-küyündə
                                         Hiss etmişəm.
Sevgilərin magmasında,
  Duyğuların püsgürüşündə
                            Yanmışam,
                              Kül olmayıb doğulmuşam.

Восточные мотивыKƏSSƏK

Sevgi hasili becədən
 Sevda adlı tarlanın toprağını
                Əllərində bəhanənin
                  Kəssəyə day döndərmə,
                        Vurma ayrılıq daşına.
Sovrulacaq...

ŞƏFA OTU

Buraxsa bu dərd məni;
Sənin üçün
 Dağlara dırmaşaraq,
                        Aşaraq
                        Cızan, yaran
                                Qayaları
                                     Boğan
                                      Duman gədikləri
                                         Şəfa verən o otu
                                                  Dərəcəyəm.
Tuxumların
      Tapşıralı
       Sunacağam əsən yelə
                         Püfləyərək...

Bəlkə bir gün gələ ki
                            Bitə...
                             Hər yerdə bitə
                                              Əlaclı ot
                              Alçaq, ucaya baxmayaraq.

Özü haqqında: Xosrov Solh Konəndə Sərdəri 1983-üncü  ildə Təbriz şəhərində dünyaya göz açdı. Onun şeirlərinin çoxu sərbəst, iki beytli, qəzəl qalıbındadırlar. Ancaq şair hər üç qalıbda da yenilik yaratmağa çalışır. Xosrov öz təxəllüs adını Barışan seçibdir. Bu ad öz soy adının Türkcə anlamıdır. O bilimyurdunda oxuyan illərdə Aşina adlı derginin ədəbi başyazarlığını  üstələnmişdi. Ayrica iki şeir özəl sayısı dərgisinin (Şəm-i xəyal adlı) başyazarlığını da üstələnmişdi. Şeirdən əlavə, Barışan hekayə yazmağa da maraqlı birisidir. Elektron ünvanı: barishan1983@yahoo.com, barisan@box.az

Комментариев нет:

Отправить комментарий