Страницы

20.04.2012

“Qafqaz əsiri” Bakıya gəlir

Natalya Varleyin iştirakı ilə Dövlət Rus Dram teatrında “Yaddaş itirənədək məhəbbət” komediya tamaşası oynanılacaq

Bakıya tezliklə məşhur aktrisa, Rusiyanın xalq artisti Natalya Varleyin qastrol səfəri gözlənilir. Onun iştirakı ilə “Yaddaş itirənədək məhəbbət” komediya tamaşası 17 və 18 mayda Azərbaycan Dövlət Rus Dram teatrında göstəriləcək.
Tamaşanın sujeti: yaddaşını itirən kişi həkimə gedir. Həkim xəstəliyin simptom və səbəblərini aydınlaşdırmağa çalışır, lakin xəstənin cavabları o qədər ziddiyyətlidir ki, heç bir nəticə əldə etmək olmur. Xoşbəxtlikdən xəstənin arvadını çağırmaq mümkün olur.

O, bütün suallara aydın və qətiyyətli cavab verir, lakin onun sözlərindən belə çıxır ki, həkim də yaddaş itkisindən əziyyət çəkir. Başqa bir qadın gəlib xəstənin arvadı olduğunu deyəndən sonra hadisələr daha da dolaşır. Həkim dəli olmaq dərəcəsinə çatır. Bu dinamik və gülməli komediyada hadisələr sürətli inkişaf edir və gözlənilməz başa çatır.
Tamaşada Aristarx Livanov və başqa məşhur Rusiya artistləri iştirak edir.

kultaz.com

Комментариев нет:

Отправить комментарий