Страницы

16.04.2012

Siqaretlərimin qatili


Sərdar Tağıyev

Səni sevən gözləri
indi yaşları yuyur.
Kaşki həmən gözləri
yaş əvvəldən yuyaydı
Səni yaxşı görəydim
Sənsə narahat olma!
Gözümdə yaşayırsan,
yaşayıb  yuyulursan.

Pişiklər şəvhvətdən,
mən xəyanətdən
sızlayıram bu gecə...
Səni unudammayan
bütün hüceyrələrmin
cəsası siqaretdir.


Tüstüsü burnumdan çıxır
Sən ağlımdan çıxmırsan...
Siqaretlər xəsisdi
Az verir tüstüsünü
Sən verən dərddən fərqli

Gəl birin də sən yandır
Alışqan lazım deyil,
Yandır köksümnən, yandır.
Utanman lazım deyil
Dur, elə yanımda dur
Çək, elə yanımda çək!
Külünü başıma tök.

Hər gecəmdə bir işıq.
Bu gecəmdə siqaret
Sənli düşüncələrin
işığı belə bəsit, zəif, öləziyən.
Bütün siqaretlərimin
qatili sənsən!
 *   *   *  
Sənsizliyə mənsizlik
arzuladım gecələr.
Gecələr ay gecələr,
Amma, mən bacarmaram. 

Комментариев нет:

Отправить комментарий